Yaxşılıq anlayışı

İnsanlar yaxşılıq anlayışı barədə müxtəlif fikrə sahibdirlər. Bunu bəziləri dilənçiyə cüzi miqdarda pul vermək, bəziləri yaşlı insanın yol keçməsinə kömək etmək, bəziləri yalan danışmamaq şəklində başa düşür. Əlbəttə ki, bunlar yaxşı və gözəl davranışlardır, ancaq bunlar yaxşılığın nə demək olduğunu əhatə etmək üçün kifayət deyil. Allah əsl yaxşılığın nə olduğunu Quranda qullarına bildirmişdir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah'a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər... (Rəd surəsi, 22)

İnananlar haqsızlıqdan çəkinən, haqsız qazanca əsla yanaşmayan, dürüstlüyü heç vaxt buraxmayan, yoxsulları qoruyan, insanlara hörmət edən, mərhəmətli və həlim davranan insanlardır. Yaxşılıq edər, insanları da yaxşılıq etməyə təşviq edərlər. Tövratda bəzi yerlərdə inananların yaxşılıq anlayışı belə ifadə edilir:

Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan... (Yeşaya, 33: 15)

Əgər bir insan salehdirsə, ədalətli və saleh işlər görürsə, dağlarda bütlərə gətirilən qurbandan yemirsə, gözlərini İsrail nəslinin bütlərinə dikmirsə... kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, soyğunçuluq etmirsə, ac olana çörək verirsə, çılpaq olanı geyindirirsə, sələmlə borc pul vermirsə, pis əməldən çəkinirsə, iki adam arasında ədalətlə mühakimə edirsə, Mənim qaydalarıma görə rəftar edirsə, hökmlərimə sədaqətlə əməl edirsə, bu insan salehdir... (Yezekel, 18: 5-9)

İncildə insanların ancaq iman gətirib yaxşılıq etdikləri zaman dünyada və axirətdə gözəllik qazanacaqları bildirilir. İncildə bildirilən yaxşılıq anlayışını təsvir edən izahlardan biri belədir:

Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et. O şəxs İsadan: “Hansı əmrlərə?” - deyə soruşdu. İsa da dedi: “Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata-anana hörmət et və qonşunu özün kimi sev”. Gənc adam İsaya dedi: “Bunların hamısına əməl etmişəm, daha nəyim çatışmır?” İsa ona dedi: “Əgər kamil olmaq istəyirsənsə, get nəyin varsa, satıb kasıblara payla…. Sonra qayıt, mənim ardımca gəl”. (Matta, 19: 17-21)

Səndən mal istəyən hər kəsə ver və sənin malını aparandan o malı geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər siz ancaq sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. (Luka, 6: 30-33)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM