Dua etmək

İnsanlar müxtəlif səbəblərlə müxtəlif zamanlarda Allah'a dua edirlər. Duanın mənasını bilməyən insan yox kimidir. İnananların duası müşriklərin duasından tamamilə fərqlənir. İnananlar yalnız Allah'a yönələrək, içdən və daima dua edirlər. Ancaq insanın göstəriş etmək, mənfəət əldə etmək və ya bir problemlə qarşılaşdığı zamanlarda sıxıntıdan qurtulmaq üçün etdiyi dualar Allah qatında məqbul olmaya bilər.

Duanın izah edildiyi bəzi Quran ayələri belədir:

O, (əbədi) yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək, dua edin... (Mömin surəsi, 65)

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. (Əraf surəsi, 55)

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar... (Kəhf surəsi, 28)

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Duanın vacibliyi və inananların etdikləri duaların nümunələri İncil və Tövratda da verilir. İncildə dua ilə bağlı izahlar belədir:

Hər cür dua və yalvarışla... Allah’a yaxınlaşın. Bu məqsəd uğrunda güclü və qətiyyətli olun və bütün müqəddəslər üçün dua edin. (Efeslilərə, 6: 18)

Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın... (Matta, 6: 5)

Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin... (Matta, 6: 7)

İmanla dua edərək hər nə istəsəniz, alacaqsınız. (Matta, 21: 22)

Özünüzü duaya həsr edin və duada şükür edin. (Koloselilərə, 4: 2)

İstəyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün, sizə açılacaq. Çünki hər istəyən alar, axtaran tapar, qapı döyənə açılar. (Matta, 7: 7-8)

Tövratda da duanın vacib bir ibadət olduğu, iman gətirənlərin duasının necə olacağı, Allah'ın dualara cavab verdiyi bildirilir:

Sənə sarı əllərimi açmışam, bir quraq torpaq kimi Sənin üçün susamışam. Ya Rəbb, mənə tez cavab ver... hər səhər məhəbbətini mənə hiss etdir, çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, çünki varlığımı Sənə verirəm. Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. Mənə Sənin iradənə təslim olmağı öyrət, çünki mənim Allah'ım Sənsən... Doğru yolu mənə göstər... Salehliyin naminə canımı dardan qurtar. (Məzmur, 143: 6-11)

...Təvazökar olsa, dua edib Məni axtarsa və pis yollardan qayıtsa, o vaxt... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm. (2 Salnamələr, 7: 14)

Ya Rəbb... Səni çağırıram... Ya Rəbb, ...Məni atma, tərk etmə, ey məni qurtaran Allah'ım!.. Ya Rəbb, yolunu mənə öyrət... Mənə düz yolda rəhbərlik et. (Məzmur, 27: 7-11)

Dua edəndə Allah ondan razı qalar, sevinərək Allah'ın üzünü görər, Allah onun vəziyyətini düzəldər. (Əyyub, 33: 26)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM