Hər işdə Allah'ı xatırlamaq

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah'ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Tövrat

O, ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu qanunu dərin düşünər. (Məzmur, 1: 2)

Bütün yollarında Onu tanı, O, sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. Bu, bədəninə şəfa verər, sümüklərinə ilik olar. (Süleymanın məsəlləri, 3: 6-8)

Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerləşdir. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. (Qanunun təkrarı, 6: 5-7)

Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma... Mənimlə birlikdə Rəbbin böyüklüyünü eşitdirin, adını birlikdə ucaldaq. (Məzmur, 31: 1-3)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM