Allah hər şeyi yaradandır

Ətrafımızda gördüklərimizi, bədənimizdəki hüceyrələrdən ucsuz-bucaqsız qalaktikalara qədər kainatdakı hər şeyi Allah yaratmışdır. Bütün aləmləri Rəbbimiz yoxdan var etmişdir. Kainatdakı qüsursuzluq, ecazkar sənət, möhtəşəm nizam və mükəmməllik Rəbbimizin yaratmasının dəlilləridir.

Hər şeyi uca Allah'ın yaratdığı, bütün kainatı nümunəsiz, yoxdan var etdiyi, ona nizam verdiyi və hər şeyi müəyyən ölçü ilə təqdir etdiyi bəzi Quran ayələrində belə xəbər verilmişdir:

...Səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

...Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır! Elə isə Ona ibadət edin! O, hər şeyə vəkildir. (Ənam surəsi, 101-102)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Eyni həqiqət İncildə belə keçir:

… Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yаradan var olan Allah'a tərəf gəlin. (Həvarilərin işləri, 14: 15)

Hər şeyə həyat verən Allah'ın qarşısında sənə buyururam. (Paulun Timoteyə I məktubu, 6: 13)

...Göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. (Koloselilər, 1: 16-17)

Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün sahibi olan Allah... (Həvarilərin işləri, 17: 24)

Yoldaşları bunu eşidərkən hamısı bir nəfər kimi Allah'a müraciət etdilər: “Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən”. (Həvarilərin işləri, 4: 24)

Hər şeyi Allah'ın yaratdığı və Rəbbimizin bütün aləmləri yoxdan var etdiyi Tövratda belə bildirilir: Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan. (Məzmurlar, 146: 6)

Başlanğıcda Allah göyləri və yeri yaratdı. (Yaradılış, 1: 1)

...Yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verdin. Səma cisimləri Sənə səcdə edir! (Nehemya, 9: 6)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM