Səbirli olmaq

İnsan hövsələsiz yaradılmışdır, hər arzusunun tezliklə həyata keçməsini istəyir. Halbuki hər iş üçün Allah qatında müəyyən edilmiş bir zaman var. Heç kim bunu önə keçirməyə və ya təxirə salmağa qadir deyil. Yəni mömin səbir etməyi bacarmalıdır. İstər elçilər, istərsə də inananlar qarşılarına çıxan çətinliklərə ölənə qədər səbir ediblər.

Quranda “Rəbbin üçün səbir et” (Müddəssir surəsi, 7) hökmü bildirilmişdir. Yəni səbir etmək bir ibadətdir. Möminlərin səbri təmkinli səbirdir (Məaric surəsi, 5). Qısa dünya həyatında səbir edənlər belə müjdələnmişlər:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Üstəlik, səbir möminlərə maddi və mənəvi qüvvət qazandıran gözəl əxlaq xüsusiyyətidir. Allah Quranda Peyğəmbərimizin (səv) dövründə cəhd edən möminlərdən 20 səbirli insanın 200 nəfəri məğlub edə biləcəyini bildirmişdir. 100 səbirli möminin isə 1000 insanı məğlub edə biləcəyini xəbər vermişdir. Bu müqayisə göstərir ki, səbir iman gətirənlərə böyük güc qazandırır:

...Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr... (Ənfal surəsi, 65)

Tövratda da səbrin əhəmiyyəti vurğulanmış və səbir edənlərin üstün olduqları bildirilmişdir:

İgid olmaqdan səbirli olmaq yaxşıdır... (Süleymanın məsəlləri, 16: 32)

Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri, 19: 11)

Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. (Məzmur, 37: 7)

Kəmhövsələ dava yaradar, səbirli münaqişəni sovuşdurar. (Süleymanın məsəlləri, 15: 18)

İncildə də inananların səbirli olmaları müxtəlif izahlarla bildirilmişdir. Bunlardan bəziləri belədir:

Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, gözəl əxlaqı öyrətməyə qadir, səbirli olmalıdır. (2 Timoteyə, 2: 24)

...Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə... (Efeslilərə, 4: 2)

...Zəiflərə kömək edin, hamıya qarşı səbirli olun. (1 Saloniklilərə, 5: 14)

Amma sonadək səbir edən xilas olacaq. (Matta, 24, 13)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM