Allah'dan qorxmaq

Allah qorxusu inananların ortaq və əhəmiyyətli xüsusiyyətlərindən biridir. Quranda bu qorxunun necə olacağı açıq şəkildə təsvir edilmişdir. Allah qorxusu dünyəvi qorxulardan tamamilə fərqlənir. Möminlər Allah'a dərin hörmət edir, Onun istəklərinə qarşı çıxmaqdan çəkinir, Rəbbimizin razılığını itirməkdən və əzabına məruz qalmaqdan qorxurlar. Möminlərin bu mövzuda həssas olmaları Allah'a qarşı duyduqları hörmət dolu qorxunun bir göstəricisidir.

Quranda inananlara “Allah'dan Ona layiq olan tərzdə qorxun” (Ali-İmran surəsi, 102) və “Nə qədər bacarırsınızsa, Allah'dan qorxun” (Təğabun surəsi, 16) şəklində əmr edilmişdir. Möminin üzərinə düşən vəzifə Allah'ın yaratdıqları üzərində düşünmək, Rəbbimizin sərhədsiz ağlını, elmini, sənətini, qüdrətini, böyüklüyünü qavramaqdır. Beləliklə, Allah'a qarşı duyulan hörmət dolu qorxu da artar.

Allah'dan qorxan bir insan pisliklərdən və yanlış hərəkətlərdən qorunub təmizlənir, Allah'ın razılığını qazanmağa mane olan şeylərdən uzaqlaşır. Allah qorxusunun insana ağıl və anlayış qazandırdığı Quranda belə ifadə edilmişdir:

Ey iman gətirənlər! Əgər Allah'dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

İncildə də yalnız Allah'dan qorxmağın lazım olduğu belə ifadə edilir:

Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma kimdən qorxmaq lazım olduğunu sizə söyləyim: adamı öldürəndən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun. Bəli, sizə deyirəm ki, Ondan qorxun! (Luka, 12: 4-5)

İncilin müxtəlif yerlərində inananların Allah'dan qorxmasının lazım olduğu təkrarlanır:

Hamıya hörmət edin. İmanlı bacı-qardaşlarınızı sevin, Allah'dan qorxun. Padşaha hörmət edin. (Peterin 1 məktubu, 2: 17)

...Hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir müjdə gətirirdi. Mələk uca səslə deyirdi: “Allah'dan qorxun, Ona izzət verin!..” (Vəhy, 14: 6-7)

Tövratda isə: “Rəbb qorxusu hikmətin başlanğıcıdır”, -deyilir (Məzmurlar, 111: 10) və insanın ancaq Allah'dan qorxaraq doğru yolu tapacağı xəbər verilir. Tövratda Allah qorxusu ilə bağlı bəzi izahlar belədir:

Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. (Məzmurlar, 19: 9)

Rəbdən qorxub Ona xidmət edin, həm titrəyin, həm sevinin. (Məzmurlar, 2: 11)

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! (Məzmurlar, 128: 1)

Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! (Yeşaya, 8: 13)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM