İslam tarixində müsəlmanlar və kitab əhli

İlk dövrlərdən etibarən İslam tarixini, İslam hakimiyyəti altında olan xristian və yəhudilərin mövqeyini və bu cəmiyyətlərin müsəlmanlarla əlaqələrini bitərəf mövqedə araşdıran hər kəs açıq həqiqətlə qarşılaşacaq: kitab əhli İslam hakimiyyəti altında həmişə rahat və təhlükəsiz mühitdə yaşamışdır. Hətta fərqli dinlərin və ya məzhəblərin idarəsi altında zülm görən xristianlar və yəhudilər İslam torpaqlarına sığınıblar və rahatlığı müsəlman ölkələrində tapıblar. Kitab əhlinin İslam torpaqlarında bu dərəcə rahat və dinc yaşamalarının səbəbi isə müsəlmanların kitab əhlinə olan münasibətlərini Quran əxlaqına görə təyin etməsi idi.

Hz. Muhəmmədin (səv) şəfqətli və gözəl əxlaqı hər müsəlmana nümunə olmalıdır

Peyğəmbərimizin (səv) dövründə Ərəbistanda bir çox dindən, fərqli sivilizasiyadan və anlayışlardan ibarət cəmiyyətlər var idi. Yəhudilər, xristianlar, sabiilər, atəşpərəstlər və bütpərəstlər birlikdə yaşayırdılar. Eyni inancı mənimsəmələrinə baxmayaraq, bir-birlərinə düşmən olan bir çox fərqli qəbilə vardı. Ancaq Peyğəmbərimiz (səv) hansı dindən və qəbilədən olursa-olsun, hər kəsə şəfqətlə, səbirlə, mərhəmət və sevgi ilə yaxınlaşdı və insanları böyük mehribanlıqla Allah inancına dəvət etdi. Hz. Muhəmmədin (səv) ətrafındakılara göstərdiyi bu gözəl rəftar Quranda belə bildirilir:

Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allah’dan) onların bağışlanmalarını dilə … (Ali-İmran surəsi, 159)

Əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi, Quranda heç kimin İslam əxlaqını mənimsəməsi üçün məcburiyyətin olmadığı bildirilir. Müsəlman ancaq Allah’ın dinini izah etməklə məsuldur. O insanın hidayət tapması, iman gətirməsi ancaq Allah’ın diləməsi ilə mümkündür. Heç kim başqa birisini iman gətirməyə, ibadət etməyə məcbur edə bilməz. Peyğəmbərimiz (səv) Allah’ın bu əmrinə həmişə riayət etmiş, din əxlaqının ancaq qəlbən istənildiyi zaman yaşana biləcəyini tez-tez vurğulamışdır. Allah bir ayəsində Peyğəmbərimizə (səv) ətrafındakılara qarşı necə davranacağını belə bildirmişdir:

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

Peyğəmbərimiz (səv) isə bir kəlamında: “Şəfqətli həniflik (Hz. İbrahimin (əs) dinindən olanların xüsusiyyəti) ilə göndərildim, kim mənim sünnəmə müxalif çıxsa, məndən deyil”1 -deyə buyurmuş, başqa kəlamında isə möminlərə: “Mən mərhəmət etmək və sülhpərvər olaraq göndərildim. ..”2 - deyə səslənmişdir. Peyğəmbərimizin (səv) üstün əxlaqı onun bir hədisində öz əksini belə tapır:

Qəzəbləndiyi zaman yumşaqlıqla cavab verən şəxs Allah’ın sevgisinə nail olar! 3

Peyğəmbərimizin (səv) mərhəmətli, şəfqətli və mehriban əxlaqı ilə əlaqədar bir çox hədis var. Məsələn, Peyğəmbərimiz (səv): “İnsanlara mərhəmət etməyən şəxsə Allah da mərhəmət etməz”4 - demişdir. Digər hədislərindən bəziləri bunlardır:

Mərhəmət edin ki, mərhəmət olunasınız. Əfv edin ki, əfv olunasınız. Təəssüf, sözlə vaxt itirənlərə. Təəssüf, günahlarına bilərək davam edib, bağışlanma istəməyənlərə.5

Allah rəfiqdir (mərhəmətli və şəfqətli), mərhəməti sevər və mərhəmətin müqabilində verdiyini başqa heç bir şeylə verməz.6

Böyük İslam alimi İmam Qəzali hədis alimlərindən topladığı məlumatlarla Peyğəmbərimizin (səv) ətrafındakılara qarşı mərhəmətli rəftarını belə yekunlaşdırmışdır:

Heç vaxt qəzəblənməz və tez razılıq verərdi. İnsanların ən şəfqətlisi idi. İnsanların ən xeyirlisi insanlara xeyri toxunan, insanların ən faydalısı da insanlara faydalı olandır.7

Peyğəmbərimizin (səv) ətrafındakıları din əxlaqına bağlayan və qəlblərini imana yönəldən insan sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanlara nümunədir. Peyğəmbərimizin (səv) bütün insanlara nümunə olan gözəl xüsusiyyətləri “Tövbə” surəsində belə bildirilmişdir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Sevgi bəsləyən, şəfqətli, anlayışlı və mərhəmətli olmaq Allah’ın bütün insanlara nümunə olaraq göndərdiyi elçilərinin ortaq xüsusiyyətləridir. Allah Quranda digər peyğəmbərlərin də sevgi həssaslığı ilə şərəfləndirildiyini xəbər verir və qatından hikmət verdiyi hz. Yəhyanı (əs) insanlara nümunə göstərir. Ayədə bu müqəddəs insan üçün: “Üstəlik, Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi” (Məryəm surəsi, 13) - deyə bildirilir.

Bu səbəbdən, iman gətirən və elçilərə tabe olan müsəlmanlar şəfqət, mərhəmət və sevgiyə əsaslanan əxlaqı mənimsəməlidirlər. İman gətirənlər Allah’ın əmri olan bu əxlaqı yaşayanda problem kimi görünən bir çox mövzunun asanlıqla həll edildiyini, rahatlıq və hüzurun yayıldığını, bolluq və bərəkətin hakim olduğunu görəcəklər.

1. ( El-Cami's Sağir, 1. 427)
2. (El-Cami's Sağir, 1. 427)
3. (Esbahani: Hz Aişe)
4. Buhari ve Müslim
5. (Ramuz El Hadis 1. cilt )
6. (Kütübi Sitte Muhtasarı Tercüme ve Şerhi, 7. cilt)
7.(Huccetül İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2.cilt)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM