Allah sevgisi

Allah sevgisi əsl xoşbəxtliyin və rahatlığın qaynağıdır. Allah'ı çox sevən, Allah'dan çox qorxan, Onun razı olması üçün səmimi səy göstərən hər mömin dünyaya gözəllik gətirən xeyirli insanlardandır. Allah`ı sevən Allah'ın yaratdıqlarını da sevir, onlara qarşı şəfqət və mərhəmət duyur, onları qorumaq, onlara xeyir və gözəllik bəxş etmək istəyir. Allah'ı unudaraq bütün sevgisini Onun yaratdıqlarına yönəldənlərin, Allah'ın varlığına laqeyd yanaşıb nəyəsə dünyəvi sevgi bəsləyənlərin əldə etdikləri isə yalnız əzab, bədbəxtlik və narahatlıqdır. Müşriklərlə möminlərin sevgi anlayışı arasındakı böyük fərq bir Quran ayəsində belə bildirilmişdir:

İnsanlardan elələri də vardır ki, Allah'dan qeyrilərini (Ona) tay tutur, onları da Allah'ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah'a olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)

Tövratda Qanunun təkrarı hissəsində belə yazılmışdır:

...Allah'ımız Rəbb yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. (Qanunun təkrarı, 6, 4-7)

İncildə də eyni hökm belə təkrarlanır:

...Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. (Matta, 22: 37)

Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev. (Mark, 12: 30)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM