Başqalarını xəbərdar edib özünü unutmamaq

İnananlar başqa insanları Allah'ın istədiyi kimi yaşamağa təşviq edirlər, xətalarını düzəltmək üçün onlara kömək edirlər. İnananlar bunu ancaq Allah'ın razılığını qazanmaq üçün edirlər. Riyakar və səmimiyyətsiz insanlar isə xəbərdarlıqları dünyəvi mənfəət güdərək edirlər.

Onlar Allah'ın dininə xidmət etmək üçün hərəkət etmirlər, etibar görmək, cəmiyyətdəki məqamlarını qorumaq və ya insanların razılığını və hörmətini qazanmaq kimi boş və şeytani məqsədlər güdürlər. Səmimiyyətsiz insanlar Quranda da belə xəbərdar edilmişlər:

Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)

İncildə hz. Musanın (əs) ardınca getdiklərini iddia edən, ancaq onun öyrətdiyi əxlaqı yaşamayan şəxslər qınanmışdır. Onların bu xüsusiyyəti belə izah edilir:

... Söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər. (Matta, 23: 3-4)

Əgər insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və peyğəmbərlərin söylədiyi budur. (Matta, 7: 12)

Sən nə üçün qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən ki, icazə ver, gözündəki çöpü çıxarım. Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki çöpü çıxarmaq üçün cəhd elə. (Matta, 7: 3-5)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM