Allah'ı ucaltmaq

...Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allah'a məxsusdur. (Yunis surəsi, 65)

Ərşin sahibidir, şan-şöhrətlidir! (Büruc surəsi, 15)

Ən uca Rəbbinin adına təriflər de! (Əla surəsi, 1)

İncil

Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allah'a əbədi olaraq hörmət və izzət olsun... (Paulun Timoteyə I məktubu,1: 17)

...Allah'a həmd-səna oxuyan çoxsaylı səmavi ordular göründü. Onlar belə deyirdi: “Ən ucalarda Allah'a izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun! (Luka, 2: 13-14)

Çobanlar bütün görüb-eşitdiklərinə görə Allah'ı izzətləndirib həmd edərək geri qayıtdı. Çünki hər şey onlara söylədikləri kimi baş vermişdi. (Luka, 2: 20)

Tövrat

Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi, ey Allah'ımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. (I Salnamələr, 29: 11-13)

Ey xalqların tayfaları, Rəbbə verin – ehtişamı, qüdrəti Rəbbə verin (I Salnamələr, 16: 28)

Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz. Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, qüdrətli işlərin bəyan ediləcək. Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, qeyri-adi işlərini dərindən düşünəcəyəm. İnsanlar əzəmətli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm. İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, salehliyini mədh edəcəklər. Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər. (Məzmurlar, 145, 3-9)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM