İncildə İsa Məsihin Yer üzünə qayıdışı

Hz. İsanın (əs) dünyaya ikinci gəlişi İncildə ətraflı şəkildə izah edilmişdir (Matta, 24: 36; Mark, 13: 32-33). Bu vaxtın gözlənilmədən gələcəyi, bu səbəbdən, inananların hazır və ayıq olmaları bildirilmişdir (Matta, 24: 44, 25: 13; Mark, 13: 35-37; Luka, 12: 40).

Bununla yanaşı, hz. İsanın (əs) dünyaya qayıdışından əvvəl ortaya çıxan əlamətlər ətraflı şəkildə araşdırılmışdır. Buna görə, dünyanın son dövrü kimi məlum olan bu dövrdə qarışıqlıq və anarxiya artacaq, müharibələr və qarşıdurmalar yaşanacaq, əxlaqi degenerasiya yayılacaq, insanlar arasında güvən və sevgi aradan qalxacaq, xəyanət, sədaqətsizlik, vəfasızlıq, mərhəmətsizlik yayılacaq, insanların əksəriyyəti din əxlaqından uzaqlaşacaqlar. Bu dövrün əhəmiyyətli xüsusiyyətlərindən biri də hz. İsadan (əs) əvvəl bir çox saxta məsihin ortaya çıxmasıdır. İncildə bu dövrün xüsusiyyətləri belə təsvir edilir:

İsa onlara cavab verib dedi: “Ehtiyatlı olun, qoy sizi heç kim tovlamasın. Çünki mənim adımla çox adam gəlib: “Məsih mənəm”, - deyərək çoxlarını tovlayacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ son demək deyil. Çünki millət millətə, səltənət səltənətə qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır”.

...O zaman bir çoxu imandan büdrəyərək bir-birinə xəyanət edəcək və bir-birinə nifrət edəcək. Bir çox yalançı peyğəmbər törəyib bir çox insanı tovlayacaq. Pislik çoxalanda bir çoxunun sevgisi soyuyacaq. Amma axıracan səbir edən xilas olacaq.

Səmavi səltənətin bu müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada təbliğ ediləcək. O zaman son gələcək. (Matta, 24: 4-14)

İncildə axırzamanda İsa Məsihin gəlişindən əvvəl cəmiyyətlərin vəziyyəti belə təsvir edilmişdir:

Bunu bil ki, axırzaman çətin dövr olacaq. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəs dəyərlərdən məhrum, şəfqətsiz, kinli, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, qürurlu olacaq, Allah’dan çox zövqü sevəcək. Allah yolunda olan kimi görünüb, bu yolun gücünü inkar edəcəklər. Bu cür insanlardan uzaq dur. (2 Timoteyə, 3: 1-5)

İncilə görə bu hadisələr yaşananda hz. İsanın (əs) gəlişi də yaxınlaşmışdır (Matta, 24: 33). İncildə bildirilən İsa Peyğəmbərin (əs) gəlişi ilə bağlı əlamətlər yuxarıdakılarla məhdudlaşmır. Məsihin gəlişinin bəzi insanlar tərəfindən inkar edilməsi də onun gəlişinin bir əlamətidir. İncildə belə bildirilir:

Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axırzamanda öz həvəslərinə görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə deyəcək: “Rəbbin vəd etdiyi gəlişi haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından da hər şey eyni cür olaraq qalır”. (2 Peter, 3: 3-4)

Hz. Muhəmmədin (səv) hədislərində bildirilən axırzaman (son dövr) xüsusiyyətləri də yuxarıda sadalananlarla bənzərlik təşkil edir. Peyğəmbərimiz (səv) də möminlərə dünyanın Qiyamətdən əvvəlki son dövründə olan hadisələri ətraflı təsvir etmiş və hz. İsa Peyğəmbərin (əs) bu dövrdə yer üzünə yenidən göndəriləcəyini bildirmişdir. Hz. Muhəmmədin (səv) hədislərində bildirilən bəzi axırzaman xüsusiyyətləri bunlardır:

Dünya hərc-mərc içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə, böyük-kiçiyə mərhəmət etməyəndə, böyüyə təmkinlə davranmayanda...25

İnsan öz qardaşını öldürmədikcə Qiyamət qopmaz.26

Dünyanızda pisləriniz varis olmadıqca Qiyamət qopmaz.27

Qiyamətə çox yaxın anarxiya və qarışıqlıq günləri vardır.28

Haram olan şeylərin halal sayılması… Qiyamət əlamətlərindəndir.29

Böyük şəhərlər dünən sanki yoxmuş kimi dağılar.30

Axırzamanda elə adamlar peyda olacaq ki, dinlərini dünya mənfəətləri əvəzində satacaqlar. Onlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi sərt olacaq.31

Qiyamətdən öncə iki böyük hadisə vardır… və sonra da zəlzələli illər.32

Aldadıcı illər gələcək. O illərdə… xainə etimad ediləcək, doğru insan xain sayılacaq.33

Böyüyə hörmət, kiçiyə mərhəmət olmayacaq. Zina uşaqları çoxalacaq. O qədər ki, kişilər küçənin ortasında qadınlarla zina edəcək.34

Aclıq və bahalıq çox yayılacaq.35

Yaxşılıq tərk ediləndə, pislik geniş yayılanda… Qiyamət yaxınlaşmış olacaq.36

Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib, doğruların yalançı sayılması, xainlərin etibarlı, etibarlı insanların xain sayılması… Qiyamət əlamətlərindəndir.37

Diqqət yetirsək, bu əlamətlər hal-hazırda bir-birinin ardınca ortaya çıxmışdır. Dünyanın müxtəlif yerlərindən hər gün yeni bir qarşıdurma xəbəri gəlir, insanlar rüşvət, ədalətsizlik və haqsızlıq başda olmaqla, sosial gərginlikdən böyük narahatlıq keçirir, yalançılıq, fırıldaqçılıq, saxtakarlıq, fahişəlik, cinsi azğınlıqlar hər gün daha da artır. Əxlaqi dəyərlərə qiymət verilməməsi insanlar arasında gerçək sevgi və mərhəmətin yaşanmasına mane olur, hər kəsin narahatlıq və etibarsızlıq duyduğu mühit yayılır. Bununla yanaşı, böyük qıtlıqlar yaşanır, zəlzələlər artır, təbii fəlakətlər çoxalır, insanları heyrətə salan böyük hadisələr baş verir. Bir daha qeyd etmək lazımdır ki, keçmişdə, bəlkə də, bu hadisələrdən bəzisi yaşanmışdır və insanlar bu əlamətlərin bənzərləri ilə qarşılaşmışlar, amma tarixin heç bir dövründə bu əlamətlər bu qədər açıq və hamısı bir yerdə meydana gəlməmişdir. Bu vəziyyət hz. İsa Məsihin (əs) yer üzünə gəlişinin, Allah'ın izni ilə, bu dövrdə olduğunun açıq işarəsidir. Şübhəsiz, Allah'ın elçisinin yenidən dünyaya gəlməsi bütün iman gətirənlərin böyük həyəcan və sevinc duyacağı tarixi hadisədir.

25. Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 12
26. Muhammed B. Resul al-Huseyni, Kıyamet Alametleri, Pamuk Yayınları, İstanbul, 1991, s. 141
27. Muhammed B. Resul al-Huseyni, Kıyamet Alametleri, Pamuk Yayınları, İstanbul, 1991, s. 141
28. Suyuti, Cami'üs Sagir, 3/211; Ahmed bin Hanbel, Müsned, 2/492
29. Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 454
30. Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, s. 38
31. Tirmizi, Zühd, 60
32. Ramuz-El Ehadis, 187/2

33. İmam Şarani, Ölüm, Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1990, s. 476
34. İmam Şarani, Ölüm, Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1990, s. 476
35. Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 440
36. İmam Şarani, Ölüm, Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1990, s. 480
37. Son Zamanlarla İlgili Hadisler, s. 92

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM