Möcüzə gözləməmək
Tarix boyu bütün insanlar iman gətirmək üçün onlara göndərilən elçilərdən möcüzələr istəmişlər. Hz. İsa (əs) bunu: “Siz əlamətlər və möcüzələr görməsəniz, iman gətirməyəcəksiniz” (Yəhya, 4: 48) -deyə ifadə etmişdir.
İnkarda israr edənlərin hz. Muhəmməddən (səv) də möcüzə istədikləri Quranda belə bildirilmişdir:
Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allah'ı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”.
De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. (İsra surəsi, 90-93)
Halbuki ağıllı və vicdanlı insanlar Allah'a inanmaq üçün möcüzə görməyə ehtiyac duymurlar. Çünki ağıllı bir insan üçün hər şey Allah'ın dəlilidir. Atomlardan qalaktikalara qədər kainatın hər hissəsi Allah'ın varlığının və yaratmasının dəlilləri ilə doludur. İsrarla möcüzələr görmək istəyənlərin əsl niyyəti isə qaçmağa yol axtarmaqdır. Bu insanlar elçilərin Allah'ın lütfü ilə göstərdikləri möcüzələr qarşısında Allah'a iman gətirmək əvəzinə, onları günahlandırır, cadugərlik və ya təxribatçılıqda ittiham edirlər.
İncildəki “Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar” (Luka, 16: 31) ifadəsi möcüzə istəyən inkarçıların səmimiyyətsizliyinə nümunədir.
Bu insanların möcüzə görsələr belə, iman gətirməyəcəkləri bir Quran ayəsində də belə izah edilir:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir. (Ənam surəsi, 111)
(Kafirlər) Allah'ın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allah'ın yanındadır. Siz haradan biləsiniz ki, o (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər?” (Ənam surəsi, 109)
Tövratda da inkarçıların bu münasibəti hz. Musanın (əs) qissəsi ilə izah edilir:
Rəbb Musaya və Haruna dedi: “Firon sizə: “Məni inandırmaq üçün bir möcüzə göstərin”, - deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana çevrilsin”“. Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana çevrildi. Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana çevirdi, ancaq Harunun əsası onların əsalarını uddu. Lakin Rəbbin söylədiyi kimi, fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. (Çıxış, 7: 8-13)
Bölmələr
- QURAN VƏ SÜNNƏYƏ ƏSASƏN, MÜSƏLMANLARIN KİTAB ƏHLİNƏ MÜNASİBƏTİ NECƏ OLMALIDIR?
- Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti
- Hz. İbrahimin (əs) hənif dini
- Quran əxlaqının tələb etdiyi şəfqət
- Quranda bütün peyğəmbərlər təriflənir, müsəlmanlar hz. Musa (əs) və hz. İsanı (əs) qəlbən sevirlər
- Peyğəmbərimizin (səv) dövründə yəhudilər və xristianlar təhlükəsiz şəraitində yaşayırdılar
- Müsəlmanlar kitab əhlini qorumaqla mükəlləfdirlər
- İSLAM TARİXİNDƏ MÜSƏLMANLAR VƏ KİTAB ƏHLİ
- Hz. Muhəmmədin (səv) kitab əhlinə olan nümunəvi münasibəti
- Müsəlmanların kitab əhlinə münasibəti peyğəmbərimizin (səv) şəfqətli münasibətinə uyğun olmalıdır
- Kitab əhlinin İslam hakimiyyəti altında yaşadığı rahat həyat
- İslam hakimiyyətində din və ibadət azadlığı
- Müsəlmanlar kitab əhlinə sahib çıxmalıdır
- Müsəlman cəmiyyətlərində kitab əhlinin hüquqi statusu
- İLAHİ DİNLƏRDƏ ORTAQ İBADƏTLƏR, ORTAQ ƏXLAQİ DƏYƏRLƏR
- Təvazökarlıq
- Lovğalanmamaq
- Allah'ın ayələrinin inkar edildiyi yerdən uzaqlaşmaq
- Boş şeylərdən üz çevirmək
- Hər işdə Allah'ı xatırlamaq
- Təvəkkül etmək
- Allah inananların qoruyucusudur
- Ədalət anlayışı
- İftira və hücumlardan çəkinmək
- Gecələr hiylə quranlar
- Ataların batil dininə itaət etməmək
- Göstəriş və riyakarlıqdan çəkinmək
- Din əxlaqında sevginin əhəmiyyəti
- Allah, Ona yaxınlaşmaq istəyənə yol göstərər
- Gözəl söz söyləmək
- Verilən öyüd-nəsihətləri dinləmək
- Yaxşılıq anlayışı
- Pisliyi yaxşılıqla dəf etmək
- Pis əxlaq xüsusiyyətləri
- Əfvedici olmaq
- Xəsislikdən çəkinmək
- Zəkat vermək
- Başqalarını xəbərdar edib özünü unutmamaq
- İLAHİ DİNLƏRDƏ ORTAQ İNANC ƏSASLARI
- Allah hər şeyi yaradandır
- Allah'dan başqa ilah yoxdur
- Allah hər şeyə qadirdir
- Allah hər şeyi bilir
- Allah mərhəmətlidir və bağışlayandır
- Yalnız Allah'a qulluq etmək
- Allah'ı tərk edib bütlərə sitayiş etməmək
- Allah'ı ucaltmaq
- Gücü verən Allah'dır
- Öldürən və dirildən Allah'dır
- Allah dilədiyini varlı, dilədiyini yoxsul edir
- Allah sadiq olanları qoruyur
- Allah tərifə layiq olandır, Həmiddir
- Ən doğru yol Allah'ın yoludur
- Doğru yola yönəldən Allah'dır
- Allah Öz yoluna itaət edənlərə müvəffəqiyyət bəxş edir
- Allah'ın vəhyi: Kitaba bütünlüklə riayət etmək
- Allah'dan qorxmaq
- Allah sevgisi
- Allah'a şirk qoşmamaq
- Dünya həyatının keçiciliyi
- Peyğəmbərlərə iman
- İnsanların göndərilən peyğəmbərləri qısqanması
- Peyğəmbərlərə atılan dəlilik iftirası
- Peyğəmbərlər öz nəfslərinin istədiklərini danışmırlar
- Cənnət və Cəhənnəmə iman
- Yenidən dirilişə iman
- Hesab gününə iman
- Qiyamət günü
- İnsanın imtahanı
- Hər iş ancaq Allah'ın diləməsi ilə həyata keçir
- Şükür etmək
- Qəzəbi boğmaq
- Dua etmək
- Tövbə etmək
- Sadəcə Allah'ın razılığını axtarmaq
- Səbirli olmaq
- Düşünmək
- Gözəl əxlaqa çağırmaq
- Möcüzə gözləməmək
- Göz, qəlb və qulaqların möhürlənməsi
- Özünü uca tutmamaq
- Salamlamaq
- Qısqanclıqdan çəkinmək
- Yalan danışmamaq
- Zina etməmək
- Oğurluq etməmək
- Ana və ata ilə ən gözəl şəkildə davranmaq
- Ortaq fikri mübarizə
- Yanlış dəyər mühakimələrinin mənşəyi: darvinizm
- İki seçim
- İLAHİ DİNLƏRDƏ MƏSİH (əs) VƏ MEHDİ (əs) İNANCI
- Hz. İsa (əs) və hz. Mehdi (əs) bu əsrdə gələcək
- Quranda hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişi
- İncildə İsa Məsihin Yer üzünə qayıdışı
- Hz. İsanın (əs) Quranda bildirilən xüsusiyyətləri
- Hz. İsanın (əs) tanınması
- Hz. İsa (əs) gələndə onu əvvəldən tanıyan heç kim olmayacaq
- Hz. İsanı (əs) gözləmək
- Xristian dünyası hz. İsanın (əs) gəlişinə hazırdırmı?
- Hz. Mehdinin (əs) çıxışı bütün müqəddəs kitablarda müjdələnir
- Yəhudilərin “Məsih”, müsəlmanların “Mehdi” adı ilə gözlədiyi şəxs eyni mübarək şəxsdir
- Allah hz. İbrahimin (əs) nəslinə hakimiyyət vəd edir