Əfvedici olmaq

İnsan yanılmağa və xəta etməyə meyillidir. Həyatı boyu dəfələrlə xəta edir, eyni zamanda, dəfələrlə ətrafındakı insanların xətalı davranışları ilə qarşılaşır. Cahiliyyə əxlaqını yaşayan insanların əksəriyyəti isə xətalara qarşı dözümsüzdür, xəta edən insana qarşı səbirli davranmırlar. Xüsusilə də həmin xətadan zərər görəndə daha mərhəmətsiz olurlar. Din əxlaqı isə əfvedici və sevgi ilə yanaşmağı öyrədir.

İman gətirənlər aciz qul olduqlarını bilirlər. Qarşılarındakı insanın etdiyi xətanın bənzərini özlərinin də edə biləcəyini düşünərək davranırlar. İnsanlara gözəl söz söyləyir, əfvedici olurlar. Əfv etməyin Rəbbimizin qatında üstün əxlaq olduğu Quranda belə bildirilir:

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)

Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, Qadirdir. (Nisa surəsi, 149)

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Quranda Allah'ın bağışlamasını istəyən insanın əfvedici olmasının lazım olduğu bildirilmişdir:

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah'ın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 22)

Tövratda da iman gətirən insanın mütləq səbirli və əfvedici olmasının lazım olduğu bildirilir. Bir xəta ilə qarşılaşanda onu böyütməmək, insanlara qəzəblənib intiqam almağa çalışmamaq lazımdır. Mövzu ilə bağlı Tövratda belə bildirilir:

Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri, 19: 11)

Sevgi istəyən günahları bağışlayar, sözgəzdirən əziz dostları ayırar. (Süleymanın məsəlləri, 17: 9)

Demə: “Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm”. (Süleymanın məsəlləri, 24: 29)

İncildə insanın qarşısındakını bağışladığı zaman özünün də bağışlanacağı (Luka, 6: 37) bildirilmiş, inananların: “Bizə qarşı günah edənləri bağışladığımız kimi Sən də bizi bağışla” (Matta, 6: 12) - deyərək Allah'a dua etmələri tövsiyə edilmişdir. İnananların insanlara qarşı sevgi ilə və əvfedici davranması İncildə başqa bir yerdə belə bildirilmişdir:

...Mərhəmət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbir libasını geyinin. Bir-birinizə qarşı səbirli olun və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. (Koloselilərə, 3: 12-13)

“Qonşunu sev və düşməninə nifrət et”, -deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin... Çünki O (Allah) günəşini həm pislərin, həm yaxşıların üzərinə doğdurur. Yağışını isə həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər siz yalnız sizi sevənləri sevirsinizsə, artıq nə mükafatınız olacaq?.. (Matta, 5: 43-46)

Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. (Luka 6: 27-28)

...Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və onlardan heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq... (Luka, 6: 35) Əgər başqalarının təqsirlərini bağışlasanız, Allah da sizi bağışlayar. (Matta, 6: 14)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM