Müsəlmanlar kitab əhlini qorumaqla mükəlləfdirlər

MÜXBİR: Niyə antisemitizm İslama tamamilə ziddir?

ADNAN OKTAR: Bizim peyğəmbər nəslinə sevgimiz var. Hz. İbrahimin (əs) nəslinə sevgimiz var. Peyğəmbərimiz (səv), hz. İbrahimin (əs) nəslindəndir, hz. Mehdi (əs) hz. İbrahimin (əs) nəslindəndir. Əbdülqadir Qeylani, böyük imamlar hz. İbrahimin (əs) nəslindəndirlər. Bu səbəbdən, bizim peyğəmbər nəslinə qəzəbimiz, kinimiz ola bilməz, bu ancaq şeytani düşüncədə ola bilər.
Biz ateist-sionist düşüncəyə qarşıyıq. Dindar yəhudiləri şəfqətlə sevirik və peyğəmbər nəslindən olduqları üçün onlara xüsusi sevgimiz var. O mənada onlara qarşı düşmənçiliyimiz olmaz. Bu, haramdır; müsəlmanlıqda belə bir şey yoxdur. Əksinə, mühafizə etmək, qorumaq, şəfqət göstərmək vardır. Biz onları qorumaqla mükəlləfik. Təbii ki, ibadətlərini istədikləri kimi yerinə yetirəcəklər. Xristianlar da elə; bizim onlara mənfi düşüncəmiz yoxdur, ancaq müsbət fikrimiz ola bilər.
(Adnan Oktarın Kaçkar TV müsahibəsindən, 22 yanvar 2009)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM