Allah'dan başqa ilah yoxdur

Müsəlmanlar Allah'dan başqa İlah olmadığına iman gətirirlər. Hər şeyi yoxdan yaradan, ən gözəl şəkildə və qüsursuz var edən, böyük və üstün olan, hər şeyin batinindən və gizli tərəfindən xəbərdar olan, əzəli və əbədi olan, doğulmamış və doğmamış, hər cür əskiklikdən və nöqsanlardan münəzzəh, diri, hər şeyi bilən və hər şeyə qadir olan, şanı böyük olan, hökm edən, kərəmi bol olan, əsirgəyən və bağışlayan uca Allah'dır. Göylərdə və yerdə olanların hamısı Rəbbimiz Allah'a təslim olmuşdur və Onu təqdir edirlər.

Allah Quranda Özündən başqa İlah olmadığını belə bildirmişdir:

O, Allah'dır. Ondan başqa ilah yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsəs surəsi, 70)

Sizin İlahınız tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi 163)

Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir. (Ali-İmran surəsi, 18)

Tövratda da Allah'dan başqa İlah olmadığı bildirilir. Mövzu ilə əlaqədar bəzi Tövrat hissələrində belə bildirilir:

...Yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allah'dır, Ondan başqası yoxdur. (1. Padşahlar, 8: 60)

...Ordular Rəbbi belə deyir: “Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur”. (Yeşaya, 44: 6)

Ey dünyanın bütün ucqar yerlərində yaşayanlar, Mənə tərəf gəlin və xilas olun! Çünki Mən Allah'am və başqası yoxdur! (Yeşaya, 45: 22)

İncildə də Allah'dan başqa İlah olmadığı, Allah'ın tək olduğu və inananların yalnız Allah'a qulluq etmələrinin vacib olduğu bildirilir:

...”Allah'ın Rəbbə sitayiş et və yalnız Ona qulluq et”, - deyə yazılmışdır. (Matta, 4: 10)

...Allah'ımız Rəbb yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev. (Mark, 12: 29-30)

…Sən həqiqəti söylədin. Allah yeganədir. Ondan başqası yoxdur. (Mark, 12: 32)

Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allah'a əbədi olaraq hörmət və izzət olsun! Amin. (1 Timoteyə, 1: 17)

Sən Allah'ın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! (Yaqub, 2: 19)

İsa cavab verdi: “Əmrlərin ən əsası budur: Dinlə, ey İsrail! Allah'ımız Rəbb yeganə Rəbdir. (Mark, 12: 29)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM