Allah'a şirk qoşmamaq

(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah'ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)

Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsəs surəsi, 68)

Allah'dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

İncil

Onlar Allah'ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun!.. (Paulun romalılara məktubu, 1: 25)

İsa cavab verdi: “...Allah'ımız Rəbb, yeganə Rəbdir...” İlahiyyatçı Ona dedi: “...Allah yeganədir. Ondan başqası yoxdur”. (Mark, 12: 29-32)

...Bax siz var olan həqiqi Allah'a qulluq edirsiniz; Onun ölülər arasından diriltdiyi oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləyirsiniz. (1 Salonikililərə, 1: 9-10)

Tövrat

Amma siz Məni atıb başqa ilahlara qulluq etdiniz... (Hakimlər, 10: 13)

İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər... Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. (Hakimlər, 2: 11-13)

Onların ilahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O ilahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Siz Allah'ınız Rəbbə xidmət edin... (Çıxış, 23: 24-25)

Ya Rəbb Allah'ım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, belə deyərdim: “Sayı-hesabı yoxdur”. (Məzmurlar, 40: 5)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM