Ana və ata ilə ən gözəl şəkildə davranmaq

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” -belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

İncil

...Ata-anana hörmət et. (Luka, 18: 20; Matta, 19: 19) Ey övladlar, Rəbbə məxsus olduğunuza görə ata-ananıza itaət edin. Bu, haqdandır. İçində vəd olan ilk əmr budur: ata-anana hörmət et... (Efeslilərə, 6: 1-3)

Sən Onun əmrlərini bilirsən: qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, kimisə aldatma, ata-anana hörmət et. (Mark, 10: 19)

Tövrat

Ata-anana hörmət et... (Çıxış, 20: 12)

Allah'ın Rəbbin əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun. Qoy Allah'ın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. (Qanunun təkrarı, 5: 16)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM