Allah dilədiyini varlı, dilədiyini yoxsul edir

Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. (Ənkəbut surəsi, 62)

De: “Ey mülkün sahibi Allah'ım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran surəsi, 26)

Tövrat

Rəbb yoxsulluq və var-dövlət göndərir, alçaldır və yüksəldir. (I Şamuel, 2: 7)

Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allah'ınız Rəbdir... (Qanunun təkrarı, 8: 18)

Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən... (I Salnamələr, 29: 11-12)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM