Düşünmək

Quranın bir çox ayələrində insanlar düşünməyə dəvət edilirlər.

Allah Quranda insanlara Quran ayələri, insanın yaradılışı, təbiət hadisələri, verilən nemətlər, digər canlılar üzərində dərin düşünməyi tövsiyə etmişdir. Bu şəkildə, insanlar Allah'ın varlığının dəlillərini və yaradılış həqiqətlərini dərin şəkildə qavraya bilər. Bu həqiqət bir ayədə belə bildirilir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Möminlərin dərin düşünən və düşündüklərindən nəticə çıxaran insanlar olduğu Quranda belə bildirilmişdir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür¬ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)

İnsan hara baxırsa-baxsın, hara gedirsə-getsin, Allah'ın sonsuz elminin, tayı-bərabəri olmayan sənətinin, sərhədsiz qüdrətinin, ucalığının və böyüklüyünün əsərləri ilə qarşılaşar. Ancaq insan bu həqiqəti qavramaq üçün ön mühakimələrdən qurtulmalı, əhatəsindəki varlıqları və hadisələri diqqətli şəkildə araşdırmalıdır. Səmimi düşünən insan qarşılaşdığı hadisələrdən məna çıxarar və ibrət alar. Beləliklə, Allah'ın gücünü və əzəmətini daha yaxşı təqdir edər, Ona olan sevgisi, hörməti və bağlılığı artar. İncildə səmimi iman gətirənlərin düşünmələri və gördüklərindən ibrət almaları ifadə edilmişdir. Düşünməyə dəvət edən bəzi İncil ifadələri belədir:

... Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Ürəyiniz hiss etmirmi? (Mark, 8: 17)

Qardaşlar, aldığınız çağırış barəsində düşünün... (1 Korinflilərə, 1: 26)

Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək. (2 Timoteyə, 2: 7)

Tövratda Allah'ın yaratma sənətini və qüdrətini düşünməyin vacib olduğu bildirilmiş, iman gətirənlər dərin düşünməyə dəvət edilmişlər. Tövratda dərin düşünmə ilə bağlı bəzi izahlar belədir:

Gecə-gündüz bu təlimatı dərin düşünər. (Məzmur, 1: 2)

Yatanda belə Səni xatırlayıram, gecə növbələrində Səni düşünürəm. (Məzmur, 63: 6)

Öyüdlərinin ardınca gedərkən sevinirəm, sanki, bolluca var-dövlətə qovuşmuşam. Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm. Qaydalarından zövq alıram, sözünü unutmuram. (Məzmur, 119: 13-16)

Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə təfəkkür edirəm. (Məzmur, 77: 12)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM