Gözəl söz söyləmək

Allah'ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)

Tövrat

Səbirlə hökmdarı da inandırmaq olar, şirin dil sümükləri belə yumşaldar. (Süleymanın məsəlləri, 25: 15)

Qəlbində hikmət olan dərrakəli adlanar, şirindilli olan müdrikliyi artırar. (Süleymanın məsəlləri, 16: 21)

… Niyyətim budur ki, ağzım öz həddini aşmasın. (Məzmur, 17: 3)

Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, şər insanın dilindən pislik tökülər. (Süleymanın məsəlləri, 15: 28)

İncil

Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. (Efeslilərə, 4: 29)

Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə, hər insana necə cavab vermək lazım olduğunu biləsiniz. (Koloselilərə, 4: 6)

Ey gürzələr nəsli, siz pis olduğunuz halda, necə yaxşı sözlər söyləyə bilərsiniz? Çünki ağız ürəyi dolduran fikirləri söyləyir. Yaxşı insan yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis insan isə pislik xəzinəsindən pis şeylər çıxarır. Mən sizə deyirəm: “İnsanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. Çünki öz sözlərinə görə bəraət qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan”. (Matta, 12: 34-37)

Ağızdan çıxan isə ürəkdən çıxar və insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır... (Matta, 15: 18-20)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM