Gəlin Allah'ın varlığını, yaradılışı izah etmək üçün birləşək
Allah'ı inkar edənlərin qarşıya qoyduğu ən böyük cəfəngiyat canlı-cansız hər şeyin təsadüf nəticəsində meydana gəlməsi iddiasıdır. İnkarçıların yaymağa çalışdığı bu batil inancın aradan qalxması üçün ətrafımızdakı yaradılış dəlillərini müasir elmin işığında araşdırmaq və bunları insanlara izah etmək lazımdır. Canlılardakı möhtəşəm quruluşu və mükəmməl sistemləri, kainatdakı fövqəladə nizamı və milyardlarla həssas tarazlığı bütün açıqlığı ilə görən vicdanlı insanlar bu sayədə bunların təsadüfən meydana gələ bilməyəcəyini və hər şeyi üstün güc sahibi olan Allah'ın yaratdığını anlayarlar. Beləliklə, inkarçıların yaymağa çalışdığı təsadüf yalanı yerlə-yeksan olar.
Yaradılış dəlilləri Allah'ın varlığını və birliyini, Onun üstün qüdrətini, elm və sənətini göstərən hər cür məlumatı və həqiqəti əhatə edir. Bunlar insanların Allah'ın varlığını dərk etməsinə və Ona yönəlməsinə vəsilə olur.
Qəflətdəki insanların hər gün ətraflarında şahid olduğu, lakin görə bilmədiyi bir çox yaradılış dəlillərini, mükəmməllikləri bütün xüsusiyyətləri ilə onlara göstərmək bu şəxslərin qəflətinin dağılmasında çox təsirli olar. İllərdir hər kəsin görməyə alışdığı və bir çox insanın düşünmədiyi bir çox iman həqiqəti vardır. İnsanın təkcə öz bədəni böyük yaradılış dəlilidir. Sahib olduğumuz gözlər dünyanın ən inkişaf etmiş kameralarından daha üstündür. Bədənimizdəki hər sistem böyük uyğunluq və tarazlıq içində çalışır, ancaq nəhəng laboratoriyalarda reallaşa bilən kimyəvi proseslər daxili orqanlarımız tərəfindən daha mükəmməl şəkildə icra edilir. Allah qidalanmağımız üçün minlərlə nemət yaratmışdır. Hamısı eyni quru torpaqdan çıxır, buna baxmayaraq, möcüzəvi dadlara, qoxulara, görüntülərə və ehtiyacımız olan vitamin və minerallara sahib olan meyvə, tərəvəz və digər qidaların hər biri bizə Allah'ın yaratmasının dəlilini təqdim edir. Hal-hazırda bir çox insan bu gerçəklər üzərində heç düşünmədən Allah'ın nemətlərindən istifadə edir, Ona şükür etməyi ağıllarına belə gətirmədən qəflət içində yaşayır. Bu qəfləti aradan qaldırmaq üçün Allah'a və axirət gününə iman gətirən səmimi dindarlar əl-ələ verməlidirlər.
Quranın bir çox ayəsində insanlar yuxarıda sadaladığımız həqiqətlər üzərində düşünməyə, Allah'ın varlığını və böyüklüyünü göstərən bu dəlilləri görüb qavramağa dəvət edilmişlər. Bu mövzudakı ayələrdən bir neçəsi belədir:
Məgər Allah'ın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O, sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz. (Nuh surəsi, 15-20)
Yuxarıdakı ayələrdə diqqət çəkilən mövzular haqqında cildlərlə kitab yazıla bilən məlumatlar vardır. Məsələn, səmanın yeddi laydan ibarət olması və bunların dünyadakı ekoloji sistemə və canlılara verdiyi faydalar, Ay və Günəşin mövsümlərə, iqlimlərə, gecə-gündüzün meydana gəlməsinə və insan həyatına olan təsirini düşünmək insanın düşüncə üfüqünü genişləndirən, imanını artıran vasitədir. Bu sistemlərdə meydana gələn ən kiçik bir dəyişikliyin necə təhlükəli nəticələr doğuracağını düşünmək də eyni şəkildə təsirlidir. Bütün kainat bunun kimi saysız-hesabsız dəlillərlə doludur. Lakin insanların bir qismi gündəlik həyatda bu möcüzələr üzərində, demək olar ki, heç düşünmür. Bu səbəbdən, yaradılış dəlillərini insanların düşünmədiyi yönləri ilə izah etmək qarşı tərəfi düşünməyə sövq edər və Allah'ın gücünü və qüdrətini tanıyıb təqdir etməsinə gətirib çıxarar.Allah'ı təqdir edən bir insanın həyatında, əxlaqında, ümumi rəftar və davranışlarında müsbət dəyişikliklərin olacağı da aydındır. Rəbbimizin gücünü və qüdrətini dərk edən bir insan Onun əmrlərini əskiksiz yerinə yetirmək üçün səy göstərər və Allah'ın razı olacağı əxlaqı yaşamağa cəhd edər. Beləliklə, təvazökar, səbirli, vəfalı, fədakar, mərhəmətli, cəsur, dürüst və ədalətli insanların sayı artar və Allah'ın bildirdiyi gözəl əxlaqın yayılması ilə dünya gözəl bir məkana çevrilər. O halda, gəlin birləşək. Yaradılış həqiqətlərini araşdıraq, bunları bütün insanlara izah edək və onları Rəbbimiz olan Allah'ı sevməyə, Ona şükür etməyə, Onun əmr etdiyi əxlaqı yaşamağa və Onun razılığı üçün ibadət etməyə dəvət edək.