Allah hər şeyi bilir

Allah hər şeydən xəbərdar olandır, hər şeyi eşidir, görür və bilir. Hər hansı bir hadisəni harada olursa-olsun, nə qədər gizli olursa-olsun, Allah incəliyinə qədər bilir.

Kimin nə vaxt harada doğulduğu və öldüyü, həyatı boyu nə etdiyi, hansı məqsədlər uğrunda çalışdığı, nə vaxt güldüyü, nə vaxt ağladığı, nə plan qurduğu, içindən nələr keçirdiyi kimi bütün təfsilatlar Rəbbimizin bilgisi daxilindədir. Eyni anda kosmosda baş verən hər hadisə yer üzündəki milyardlarla heyvan və bitkinin vəziyyəti, kainatın bütün qanunları kimi saysız-hesabsız hər cür məlumata hakimdir. Allah Quranda belə buyurur:

Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Həcc surəsi, 70)

Şübhəsiz ki, (Allah) aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! (Ənbiya surəsi, 110)

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə də, göydə də zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda (lövhi-məhfuzda) olmasın. (Yunis surəsi, 61)

Rəbbimizin hər şeyi yaratdığı və bildiyi, bütün məlumatların sahibi olduğu, Onun elmi xaricində heç bir varlığın heç bir şey etməyə qadir olmadığı Quranda bildirilmişdir. Bizim bildiyimiz və ya bilmədiyimiz, açıqda və ya gizli olan, böyük və ya gözlə görülməyəcək qədər kiçik olan hər şey Allah'ın idarəsində və məlumatındadır. İncil və Tövratda isə Allah'ın hər şeyi bildiyi belə ifadə edilmişdir:

Çünki aşkara çıxmayan gizli heç bir şey və bilinib aydın olmayan sirli heç bir şey yoxdur. (Luka, 8: 17)

Siz onlara bənzəməyin! Çünki Allah'ınız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. (Matta, 6: 8)

İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Allah'ın izni olmadan yerə düşməz. (Matta, 10: 29)

Oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, hansı yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, ya Rəbb, hamısını tamamilə bilirsən. (Məzmurlar, 139: 2-4)

...Hər insanın ürəyini yalnız Sən bilirsən… (1. Padşahlar, 8: 39)

Mən gizli bir yerdə yaranarkən, dünyanın dərin yerində yaranarkən bədənim Səndən gizli qalmadı. (Məzmurlar, 139: 15)

Gizlilik Allah'ımız Rəbbə məxsusdur... (Qanunun təkrarı, 29: 29)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM