Quranda hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişi

Quranda hz. İsa (əs) ilə bağlı xəbər verilən məlumatlardan biri də onun (əs) ölmədiyi və öldürülmədiyi, Allah qatına yüksəldildiyi və Rəbbimizin təqdir etdiyi vaxtda yenidən dünyaya gələcəyidir. Bu hissədə mövzu ilə bağlı Quranda göstərilən dəlillər araşdırılacaq. (Ətraflı baxın: Harun Yəhya, Hz. Məsih müjdəsi)

Allah inkarçıların hz. İsanı (əs) öldürməsinə icazə verməmiş, onu Öz qatına yüksəltmiş və yenidən yer üzünə qayıdacağını insanlara xəbər vermişdir. Hz. İsanın (əs) yer üzünə qayıdışı ilə bağlı Quranda bu xəbər verilir:

1- İsa Peyğəmbəri (əs) öldürmək üçün tələ quran inkarçılar onu qətiyyən öldürməmişlər. Onların bu mövzudakı iddiaları yalnızca zəndən ibarətdir:

Bir də: “Həqiqətən, biz Allah'ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

2- Hz. İsanın (əs) ölmədiyi, insanların yaşadığı zaman və məkan ölçüsündən alınaraq Allah qatına yüksəldildiyi bir ayədə belə bildirilir:

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, müdrikdir. (Nisa surəsi, 158)

3- Quranda hz. İsanın (əs) qiyamət saatı üçün bir əlamət olduğu bildirilir:

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Züxruf surəsi, 61) Bu ayənin hz. İsanın (əs) axırzamanda yer üzünə qayıtmasına açıq bir işarə olduğunu söyləyə bilərik. Çünki hz. İsa (əs) Quranın endirilməsindən təxminən 6 əsr əvvəl yaşamışdır. Dolayısilə, ilk həyatını qiyamət saatı üçün bir əlamət, yəni bir qiyamət əlaməti kimi anlaya bilmərik. Ayənin işarə etdiyi məna hz. İsanın (əs) axırzamanda, yəni qiyamətdən əvvəlki zamanda, yəni hal-hazırda olduğumuz dövrdə yenidən yer üzünə gələcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır.

4- “Ali-İmran” surəsinin 55-ci ayəsində hz. İsaya (əs) itaət edənlərin qiyamətə qədər inkar edənlərdən üstün olacağı xəbər verilir.

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 55)

Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və hz. İsaya (əs) həqiqətən tabe olan bir qrupun varlığından danışır. Hz. İsa (əs) həyatda ikən ona itaət edənlərin sayı çox az idi. Onun Allah qatına qaldırılmasından sonra da haqq din təhrif edildi. Sonrakı iki əsr boyu da hz. İsaya (əs) iman gətirənlər (İsəvilər) şiddətli təzyiqə məruz qaldılar. Üstəlik, İsəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara baxdığını söyləyə bilmərik.

Hal-hazırda isə xristianlığın özündən uzaqlaşdığını, hz. İsanın (əs) izah etdiyi haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Bu vəziyyətdə “sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” ifadəsi açıq bir işarədir. Hz. İsaya (əs) itaət edən və qiyamətə qədər yaşayan bir birlik olmalıdır. Belə bir birlik, şübhəsiz, hz. İsanın (əs) yer üzünə yenidən gəlişi ilə ortaya çıxacaq və bu gəliş əsnasında bu müqəddəs peyğəmbərə tabe olanlar Qiyamətə qədər inkar edənlərdən üstün olacaq.

5- Quranda verilən başqa bir məlumat da hz. İsanın (əs) ölümündən əvvəl bütün kitab əhlinin ona iman gətirəcəyidir:

Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

Bu ayədən aydın olur ki, hz. İsa (əs) ilə bağlı hələ reallaşmamış üç İlahi vəd vardır. Birincisi, İsa Peyğəmbərin (əs) hər insan kimi yaşadıqdan sonra öləcəyi bildirilir. İkinci vəd bütün kitab əhlinin ona o yaşayarkən itaət edəcəyidir. Şübhəsiz, bu iki xəbər də hz. İsanın (əs) Qiyamətdən əvvəlki gəlişi ilə reallaşan hadisələrdir. Ayədəki üçüncü xəbər isə hz. İsanın (əs) kitab əhli haqqındakı şahidliyinin Qiyamət günündə reallaşacağıdır.

6- Hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişinə işarə edən başqa bir ayə isə “Məryəm” surəsində keçir:

vDoğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun! (Məryəm surəsi, 33)

Bu ayə “Ali-İmran” surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırılanda vacib bir həqiqətə işarə edir. “Ali-İmran” surəsindəki ayədə hz. İsanın (əs) Allah qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə, ya da öldürülmə ilə bağlı məlumat verilmir. Ancaq “Məryəm” surəsinin 33-cü ayəsində hz. İsanın (əs) öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın (əs) ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər. 7- Hz. İsanın (əs) yer üzünə gəlişinə işarə edən digər ayə belədir:

Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali-İmran surəsi, 48)

Bu ayədə keçən “kitab” sözünün nəyi ifadə etdiyini anlamaq üçün digər Quran ayələrinə baxaq: Tövrat və İncillə birlikdə eyni ayədə kitab Quran mənasını daşıyır. “Ali-İmran” surəsinin 3-cü ayəsi buna nümunə ola bilər:

O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi. (Ali-İmran surəsi, 3)

Bir çox ayədə hz. Muhəmmədə (səv) Kitabın və hikmətin endirildiyi bildirilir. Bu ayələrdən biri belədir:

... Allah sənə Kitabı və hikməti nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allah'ın sənə olan lütfü böyükdür. (Nisa surəsi, 113)

Hz. Muhəmmədə (səv) endirilən kitabın Quran olduğunu hamı bilir. Buna görə də “Ali-İmran” surəsinin 48-ci ayəsində bildirilən hz. İsanın (əs) öyrənəcəyi kitab da ancaq Quran ola bilər. İsa Peyğəmbərin (əs) bundan təxminən 2000 il əvvəlki həyatında Tövrat və İncil barədə məlumatı var idi. Quranı öyrənməsinin isə yer üzünə yenidən gəlişində reallaşacağı aydındır.

8- “Ali-İmran” surəsinin 59-cu ayəsində “Allah yanında İsa da Adəm kimidir...” -deyə bildirilir. Bu ifadə ilə iki peyğəmbər arasındakı bəzi bənzərliklərə diqqət çəkilə bilər. Məlumdur ki, həm hz. Adəm (əs), həm də hz. İsa (əs) atasızdır. Həmçinin yuxarıdakı ayədə hz. Adəmin (əs) Cənnətdən yer üzünə endirilməsi hz. İsanın (əs) axırzamanda Allah qatından yer üzünə endirilməsinə də bənzədilə bilər.

9- Hz. İsanın (əs) yenidən dünyaya gələcəyi ilə əlaqədar başqa bir dəlil də “Maidə” surəsinin 110-cu ayəsində və “Ali-İmran” surəsinin 46-cı ayəsində keçən “kəhlən” sözüdür. Ayələrdə belə buyurulur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin (kəhlən) çağında insanlarla danışırdın…” (Maidə surəsi, 110)

O, (həm) beşikdə ikən, (həm də) yetkin (kəhlən) çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır. (Ali-imran surəsi, 46)

Hz. İsanın (əs) yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” sözünün lüğəvi mənası “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, kamillik yaşına çatan kimsə” deməkdir. Bu söz İslam alimləri arasında 35 yaşdan sonrakı dövr kimi qəbul edilir.

Hz. İsanın (əs) isə otuz yaşında Allah qatına yüksəldildiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın (əs) yaşlılıq dövrünün dünyaya yenidən gəlişindən sonra olacağını, bu səbəbdən, bu ayənin hz. İsanın (əs) gəlişinə dair bir dəlil olduğunu söyləyirlər.24

Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər haqqında belə ifadə keçmir. Bu vəziyyət “kəhlən” ifadəsinin hz. İsanın (əs) yer üzünə möcüzəvi qayıdışına işarə edir. Çünki ayələrdə bir-birinin ardınca gələn “beşikdə” və “yetkin ikən” sözləri iki böyük möcüzəvi zamana diqqət çəkir.

Hz. İsanın (əs) beşikdə ikən danışması bir möcüzədir. Bu adi bir hadisə deyil və ayələrdə bu möcüzəvi hadisə dəfələrlə zikr edilir. O halda, bu sözdən sonra gələn “yetkin ikən də insanlarla danışması” şəklindəki ifadənin də bir möcüzə olduğu aydın olur. Əgər “yetkin ikən” ifadəsi hz. İsanın (əs) Allah qatına alınmadan əvvəlki həyatına işarə etsəydi, o zaman hz. İsanın (əs) danışması möcüzə olmayacaqdı. Ancaq ayədə iki böyük möcüzəvi zamana işarə edilir. Bunlardan birincisi beşikdə ikən danışması, ikincisi isə yetkin ikən danışmasıdır. Bu səbəbdən, möcüzəvi bir dövrə işarə edən “yetkin ikən” ifadəsi hz. İsanın (əs) möcüzəvi şəkildə yer üzünə qayıtdıqdan sonrakı dövrdə yetkin ikən insanlarla danışmasına aid ola bilər.

24. Muhammed Halil Herras, Faslu'l-Makal fi Ref'I İsa Hayyen ve Nüzulihi ve Katlihi'd-Deccal, Mektebetü's Sünne, Kahire, 1990, 20

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM