Pisliyi yaxşılıqla dəf etmək

Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər. (Qəsəs surəsi, 54)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

İncil

Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. (1 Peter, 3: 9)
Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. Bir üzünə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. (Luka, 6: 27-29)

Tövrat

Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki başına köz tökərsən, bunun əvəzini Rəbbdən alarsan. (Süleymanın məsəlləri, 25: 21-22)
Heç kəsdən qisas alma, heç kimə kin saxlama... Qonşunu özün kimi sev... (Levililər, 19: 18)
Xeyirxahlıq və sədaqət hər təqsirə kəffarə olar, insan Rəbb qorxusuna görə pislikdən dönər. (Süleymanın məsəlləri, 16: 6)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM