Pis əxlaq xüsusiyyətləri

İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da fırıldaqçıya – o var-dövlət və oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər. (Qələm surəsi, 10-15)

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)

İncil

Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, böhtançı... söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə öndə gedən, ata-anaya itaətsiz, axmaq, xain, şəfqətsiz və rəhmsizdir. (Romalılara 1: 29-31)

Tövrat

Qoy ata-babaları kimi olmasınlar, çünki onlar dikbaş, asi bir nəsil idi. Allah'a ürəkləri dönük, könülləri vəfasız idi. (Məzmur, 78: 8)
Əgər bu oğul zorakılıq edib qan tökürsə, soydaşına qarşı bu işlərdən birini görürsə, dağlarda gətirilən qurbandan yeyirsə, qonşusunun qadınını ləkələyirsə, fəqirə və yoxsula haqsızlıq edirsə, soyğunçuluq edirsə, girovu qaytarmırsa, gözlərini bütlərə dikirsə, iyrənc işlər görürsə. (Yezekel, 18: 10-12)
Əlləri qurğu qurmağı öyrənməsin deyə hiyləgərlərin fəndini pozur. Çoxbilmişi hiylə qurarkən yaxalayır, fəndgirlərin oyununa son qoyur. (Əyyub, 5: 12-13)
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın... Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə, yalandan uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. (Çıxış, 23, 1-8)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM