İlahi dinlərdə məsih (əs) və mehdi (əs) inanci

Axırzaman dünyanın son dövrlərini ifadə edən bir anlayışdır. İslam inancına görə, qiyamətdən əvvəlki dövrdə bəşəriyyət böyük bir pozulma və degenerasiya ilə qarşı-qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclıq və yoxsulluğun, əxlaqi çöküntünün, müharibə və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr insanların Allah'a və din əxlaqına yönəlmələri ilə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın yerini ədalət, anarxiya və qarışıqlığın yerini isə rahatlıq və güvənlik mühiti alacaq. İnsanlar gözəllik və bərəkət içində yaşayacaqlar. Allah dünyanın nura və bərəkətə qovuşması üçün hz. İsanın (əs) yenidən dünyaya gəlişini və Mehdi (hidayətə çatmış, hidayət tapmış) sifətini daşıyan müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün bunlar bizə Peyğəmbərimiz (səv) tərəfindən müjdələnən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.

Axırzamanın əlamətlərini, bu dövrdə gələcək hz. Mehdinin (əs) xüsusiyyətlərini, hz. Mehdi (əs) gəldikdən sonra yer üzündəki dəyişiklikləri və hz. İsanın (əs) yer üzünə gəlişini daha əvvəl nəşr etdiyimiz kitablarımızda ətraflı araşdırmışdıq. (Ətraflı məlumat üçün baxın: Hz. Mehdinin (əs) çıxış əlamətləri və xüsusiyyətləri, Hz. Mehdi (əs) və Qızıl əsr, Peyğəmbərimizin (səv) dilindən hz. Mehdi (əs), Qiyamət əlamətləri, Qızıl əsr, Axırzaman və dəbbətül-ərz, Hz. İsanın (əs) gəliş əlamətləri, Axırzamanı Bədiüzzaman ilə anlamaq, Hz. İsa (əs) və hz. Mehdi (əs) bu əsrdə gələcək)

Bu kitabımızda isə xristianların və müsəlmanların həyəcanla gözlədiyi hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişini, Tövrat və islami qaynaqlarla bənzərlik təşkil edən hz. Mehdinin (əs) zühurunu qısaca açıqlayacağıq.

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM