İftira və hücumlardan çəkinmək
Elçilər tarix boyu insanları doğru yola - Allah'ın dininə dəvət etmişlər, onları işıqlandıran və yol göstərən şəxslər olmuşlar. Ancaq hər dövrdə haqq dini izah etdikləri cəmiyyətdə bəzi insanlar Allah'ın elçilərinə qarşı çıxmışlar. Onların təbliğinə mane olmaq üçün bir çox yola baş vurmuşlar. Bu insanlar Allah'ın üstün əxlaqı ilə bütün insanlara nümunə və yol göstərici kimi göndərdiyi elçilərə bir çox böhtan ataraq onlara mane olacaqlarını zənn etmişlər, böhtanlarının istədikləri nəticəni vermədiyini görəndə isə peyğəmbərləri yurdlarından sürgün etməyə, həbs etməyə və hətta öldürməyə də cürət etmişlər.
Qurani-kərimdə keçmişdə yaşamış peyğəmbərlərin mübarizələri və qarşılaşdıqları böhtanlar ətraflı izah edilir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) də Məkkəli müşriklərlə, münafiqlərlə və inkar edənlərlə mübarizəsi Quranda bildirilmişdir. Tarix boyu bütün peyğəmbərlər və iman gətirənlərin bir-birinə bənzər böhtanlarla qarşılaşdığı Quranda bildirilən həqiqətlərdən biridir. Başqa həqiqət də iman gətirənlərin bu böhtan və hücumlar qarşısında heç vaxt ruhdan düşüb zəifləməməsi və mübarizələrinə eyni şövq və əzmlə davam etməsidir.
Divanə (Hicr surəsi, 6), dəlilik (Qələm surəsi, 51), yalançı və sehrbaz (Sad surəsi, 4) kimi böhtanlar Quranda bildirilən və peyğəmbərlərə atılan böhtanlardandır. Bu və buna bənzər böhtanlardan inkarçılar üstün əxlaqlı hz. Muhəmmədə (səv) qarşı da istifadə etmişlər və Peyğəmbərimizi (səv) həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün ona tələ qurmuşlar. (Ənfal surəsi, 30)
Elçilərin yaşadıqlarının bənzərlərini onlarla birlikdə olan və onların yolu ilə gedənlərin də yaşayacağı Quranda belə bildirilmişdir:
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allah'ın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allah'ın köməyi yaxındır. (Bəqərə surəsi, 214)
İncildə isə hz. İsanın (əs) cinlənməklə (Yəhya, 7/20, 8/48, 8/52), dəliliklə (Yəhya, 10/20), cəmiyyəti yoldan sapdırmaqla (Luka, 23/2), ata-babaların adət-ənənəsinə əməl etməməklə (Mark, 7/5) ittiham edildiyi bildirilir. İncilin müxtəlif hissələrində inanmayanların hz. İsaya (əs) lağ etməyə cürət etdikləri, onun ağır təhqirlərə və hücumlara məruz qaldığı geniş şəkildə izah edilmişdir.
Şübhəsiz, inkar edənlərin çirkin böhtanları onların ağılsızlığının və azğın inanclarının məhsullarıdır. Allah bütün peyğəmbərləri insanlara nümunə olan üstün ağıl, fərasət və əxlaqla yaratmışdır.
Yalnız elçilər deyil, onlarla birlikdə olan inananlar da müxtəlif böhtan, təhqir və hücumlarla qarşılaşmışlar. Bununla belə, nə zəifləmiş, nə də ümidsizliyə qapılmışlar. Bu həqiqət Quranın “Ali-İmran” surəsinin 146-cı ayəsində belə bildirilir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali-İmran surəsi, 146)
Elçilər inananları bu istiqamətdə məlumatlandırmış və müjdələmişlər. Peyğəmbərimizlə (səv) birlikdə olan möminlərin başlarına gələn çətinliklər qarşısında: “Bu, Allah'ın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” (Əhzab surəsi, 22) - dedikləri Quranda bildirilir. Rəbbimiz qətiyyət və üstün əxlaq göstərənlərin imanını və itaətini artıracağını müjdələmişdir.
Peyğəmbərlərin mübarizələri və müxtəlif çətinliklərlə qarşılaşdıqları Tövratda da ətraflı şəkildə bəhs edilir. İncildə isə inananların müxtəlif çətinliklərlə qarşılaşacaqları, ancaq səmimi olaraq iman gətirənlər üçün bunun bir sevinc vəsiləsi olacağı izah edilir:
Salehlik uğrunda əziyyət görənlər necə də xoşbəxtdirlər!.. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz, əslində, xoşbəxt olursunuz. Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Sizdən qabaq peyğəmbərləri də belə təqib ediblər. (Matta, 5: 10-12)
İncildə hz. İsanın (ə.s.), şagirdlərini başlarına gələn zülmlərə qarşı xəbərdar etdiyi və müjdələdiyi bildirilir:
(Hz. İsaya) görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə Siz nə bəxtiyarsınız! O gün sevinin və sevincdən atılıb-düşün. Budur, göylərdə mükafatınız böyükdür. Onların ataları da peyğəmbərlərlə belə davranıb. (Luka, 6: 22-23)
Dar qapıdan girin. Çünki məhvə aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. (Matta, 7: 13-14)
Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıra qədər səbir edən xilas olacaq. (Matta, 10: 22)