Gəlin darvinizmə qarşı birləşək

Əvvəlki səhifələrdə toxunduğumuz kimi ateist, materialist və din əleyhdarı güc mərkəzləri din əxlaqına qarşı əvvəlki dövrlərdən daha çox mübarizə aparırlar. İnsanları Allah'ın yolundan azdırmaq, onlara Allah'ın varlığını və birliyini inkar etdirmək, din əxlaqını aradan qaldırmaq üçün son iki əsrdir dünyada sistemli bir iş görülür. Burada diqqət çəkici məqam ondan ibarətdir ki, bütün azğın və yanlış sistemlər elmilik iddiasındadır və bu iddianı da darvinizmə əsaslandırırlar.

Darvinizm insanlara yaradılışı inkar etdirərək onları ateizmə sürükləyir. Məqsəd dünyanı güclülərin ayaqda qaldığı bir həyat mübarizəsinin arenası kimi təsvir edərək, insanları İlahi dinlərin gətirdiyi əxlaqi üstünlüklərdən uzaqlaşdırıb eqoist və mərhəmətsiz heyvanlara çevirməkdir.

Məşhur ateist təkamülçü professor R.Dokinz (Richard Dawkins): “Darvindən əvvəl ateist olmaq elmi cəhətdən mümkün deyildi, Darvin bizə bu imkanı verdi”, - deyərək təkamül nəzəriyyəsinin missiyasını yekunlaşdırır. Halbuki təkamül təlimi ateistlərə bu imkanı verməmişdir. Çünki nəzəriyyə elmi tapıntılarla ziddiyyət təşkil edir. Paleontologiya, biokimya, müqayisəli anatomiya, biofizika kimi bir çox elm sahəsi canlıların meydana gəlməsinin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təbii müddətlər və təsadüflərlə açıqlana bilməyəcəyini göstərir. Qısası, təkamül elmlə əlaqəsiz şəkildə müdafiə olunur.

Bununla birlikdə, hələ də elm dünyasında və bəzi mətbuat səhifələrində təsirli mövqelər təkamül nəzəriyyəsinin fanatik tərəfdarlarının əlindədir. Onlar darvinizmi nəyin bahasına olursa-olsun, dəstəkləməyi hədəf alır, bu səbəbdən, həqiqətləri gizlədir və ya təhrif edirlər. Təkamül nəzəriyyəsini tənqid edən əsərləri və elm adamlarını kənarlaşdırmağa çalışırlar. Elm və düşüncə dünyasındakı darvinist diktatorluğa qarşı Allah'a inanan insanların birləşərək etiraz etməsi olduqca vacibdir.

O halda, gəlin birləşək. XXI əsrin elmi və texnoloji imkanlarından istifadə edərək darvinizmin böyük yalan və saxtakarlıq olduğunu bütün dünyaya izah edək, həyatın həqiqi mənşəyinin yaradılış olduğunu bütün insanlara eşitdirək.

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM