Hz. İsa (əs) gələndə onu əvvəldən tanıyan heç kim olmayacaq
Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, hz. İsa (əs) Allah'ın: “Ol”, -əmri ilə atasız dünyaya gəlmişdir. Aradan əsrlər keçdikdən sonra isə heç bir qohumunun olmaması təbiidir. Allah hz. İsanın (əs) bu vəziyyətini Quranda hz. Adəmin (əs) yaradılışına bənzətmiş və belə buyurmuşdur:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)
Ayədə də bildirildiyi kimi, Allah hz. Adəmə (əs): “Ol”, -demişdir və hz. Adəm (əs) yaradılmışdır. Hz. İsanın (əs) ilk yaradılışı da Allah'ın: “Ol”, -deməsi ilə reallaşmışdır. Hz. Adəmin (əs) ata-anası yoxdur, hz. İsanın (əs) dünyaya ilk gəlişində isə yalnız anası hz. Məryəm vardı, lakin yer üzünə yenidən gələcəyi ikinci səfərdə onun anası da həyatda olmayacaq.
Şübhəsiz, bu vəziyyət arada bir ortaya çıxan “saxta Məsih” təhlükəsini də aradan qaldırır. Hz. İsanın (əs) yer üzünə yenidən gəlişində onun hz. İsa (əs) olduğuna şübhə yaradan bir vəziyyət meydana gəlməyəcək. Heç kim: “Bu şəxs hz. İsa (əs) ola bilməz”, - deyə bilməyəcək. Çünki hz. İsa (əs) dünyadakı bütün insanlardan fərqlənəcək, yəni yer üzündə onu tanıyan bir insan belə olmayacaq.
Bununla bərabər, Allah'ın seçilmiş qullarına xas olan gözəl əxlaq, ağıl, kübarlıq, hikmət, bəsirət, təvazökarlıq kimi üstün xüsusiyyətlərlə də hz. İsa (əs) bütün saxta Məsihlərdən fərqlənəcək, gerçək imana sahib insanlar imanın nuru ilə onu tanıyacaq və tabe olacaqlar.
Hz. İsa (əs) gəlişi ilə xristianlıqdakı yanlış inanc və üsulları aradan qaldıracaq, xristian dünyasını yanlış tətbiqlərdən qurtaracaq, bütün insanları haqq dini və üstün əxlaq modelini yaşamağa çağıracaq, hz. Mehdi (əs) ilə birlikdə İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.
Hz. Muhəmmədin (səv) bir çox hədisində də hz. İsanın (əs) gəlişi müjdələnilmişdir. Bu hədislərdən bəziləri belədir:
Siz on əlaməti görmədikcə heç vaxt Qiyamət qopmaz... Biri də İsanın (əs) enməsi...38
Vallah, Məryəm oğlu (hz. İsa əleyhissalam), Fəccur-Ravhanam mövqeyində, həcc etmək və ya ümrə etmək, yaxud da hər ikisini də etmək üçün zühur edəcək.39
Qiyamət on əlamət görülmədikcə qopmaz: Tüstü, Dəccal, dəbbətül-ərz, Günəşin qərbdən doğulması, İsanın yer üzünə enməsi...40
Nəfsim qüdrət əlində olan Allah'a and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır...41
Hədislərdə bildirilən əhəmiyyətli bir həqiqət də hz. İsanın (əs) yer üzünə qayıtmasından sonra Qızıl əsr adlandırılan bir dövrün başlayacağıdır. Qızıl əsr bolluq, rahatlıq, sülh, xoşbəxtlik, var-dövlət mühitinin hakim olacağı, sənət, tibb, istehsal, nəqliyyat və s. kimi həyatın bütün sahələrində dünya tarixində yaşanmamış hadisələrin baş verəcəyi, gözəl əxlaqın yaşanacağı bir əsr olacaq. Bu dövr hədislərdə belə təsvir edilmişdir:
Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaq. Heç kim arasında düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, çəkişmələr, şübhəsiz, yox olub gedəcək.42
... Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək.43
Qab su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allah'dan başqasına ibadət edilməyəcək. Hərb, müharibə adına heç nə qalmayacaq… Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan bir narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq.44
38. Müslim, Kitabü-l Fiten: 39
39. Müslim, Hacc 216, 1252
40. Huzeyfe bin Esid el-Gifari r.a., Büyük Hadis Külliyatı, Rudani, 5. cilt, s. 362
41. Ebu Hureyre r.a. / Buhari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)
42. Sahih-i Müslim, 1/136
43. Sünen-i İbn-i Mace, 10/340
44. Ibn Mace benzerini Ebu Ümame'den nakletti; Büyük Hadis Külliyatı, Rudani, 5. cilt, s. 370-371-372