Nəticə

Möminlərin dostu, köməkçisi və qoruyucusu Allah'dır. Allah hər şeydən xəbərdar olan, hər şeyə qadir olan, möminlərin işlərini asanlaşdıran, onları üstün və güclü edəndir. Bu səbəbdən, ümidsizlik, kədər, zəiflik iman gətirənlərə əsla yaraşmayan xüsusiyyətlərdir.

Allah Öz yoluna itaət edənlərə kömək edəcəyini bir Quran ayəsində belə vəd etmişdir:
Onlar ancaq: “Rəbbimiz Allah'dır”, –dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allah'ın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. (Həcc surəsi, 40)

Quranda bir həqiqət də müjdələnmişdir: pislərin tədbirləri, qurduqları tələlər nə qədər böyük görünsə də, cəhdləri boşa çıxacaq, nəticə verməyəcək. Pisliyin, əxlaqsızlığın yayılması üçün qurulan hər bir tələ, qurulan hər plan əvvəl-axır pozulacaq. Pislik və əxlaqsızlığı quranların hazırladıqları öz əleyhlərinə çevriləcək. Bu həqiqət bəzi ayələrdə belə xəbər verilmişdir:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allah'a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. Allah'ın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir. (İbrahim surəsi, 46-47)

(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah'ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah'ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

İstər müsəlman, istərsə də xristian və ya yəhudi olsun, bütün inananlar yuxarıdakı həqiqətləri unutmadan, sülhün, hüzurun, rifahın, gözəl əxlaqın, yaxşılığın, xoşbəxtliyin, təhlükəsizliyin hakim olduğu cəmiyyətlərdə yaşamaq üçün əl-ələ verməlidirlər. Belə bir məqsəd uğrunda birlik içində hərəkət etsək, Allah bizə müvəffəqiyyət nəsib edər.

İman gətirən hər xristian, hər müsəlman, hər yəhudi bu istiqamətdə əlindən gələni etməklə mükəlləfdir. Bir olan Allah'a iman gətirən, Onun məmnuniyyətini qazanmağa çalışan, Ona tam təslim olan, Ona könüldən bağlı olan, Onu ucaldan və eyni dəyərləri müdafiə edən müsəlman, yəhudi və xristianların birlikdə hərəkət etməsi ən doğru olandır.

Yəhudi, xristian və müsəlmanlar aralarındakı tarixi problemlərə, ön mühakimələrə, yanlış fikir və ya fanatizmə əsaslanan mübahisələrə və çəkişmələrə tamamilə son qoymalıdırlar. İtiriləcək bir günün belə olmadığı unudulmamalıdır. Hər üç dinin mənsubları bir-birinə anlayış və sevgi ilə yaxınlaşmalıdır. Fərqlilikləri deyil, ortaq cəhətləri gündəmə gətirmək, çətinləşdirmək deyil, asanlaşdırmaq, dağıtmaq deyil, qurmaq, mane olmaq deyil, kömək etmək, bölmək deyil, birləşdirmək lazımdır.

Məlumatsızlıqdan və ya din əxlaqına qarşı olanların təxribatlarından qaynaqlanan ön mühakimələr aradan qaldırılmalıdır. Bilinməlidir ki, xristianlıq, yəhudilik və İslam arasında qurulmağa çalışılan divarlar yalnız inkarçıların və din əxlaqına qarşı olanların işinə fayda verir. Bu kitabla kitab əhlinə əhəmiyyətli çağırış edirik: darvinizm başda olmaqla, dinsizliyə və əxlaqsızlığa zəmin hazırlayan bütün ideologiyalara qarşı ortaq fikri mübarizə aparaq. Texnoloji imkanlarımızı, məlumatlarımızı, təcrübələrimizi və işlərimizi birləşdirək. Elmi araşdırmalarla bunların yanlışlığını bütün dünyaya izah edək. Kainatı bütün canlı və cansız varlıqlarla birlikdə üstün güc sahibi Allah'ın yaratdığını, yaradılış dəlillərini və möcüzələrini dünyanın hər tərəfindəki insanlara izah etmək üçün birlikdə çalışaq.

Şübhəsiz, xeyirlərə çağıranlar, yaxşılığı əmr edib pisliklərdən çəkinməyi tövsiyə edənlər və uca məqsəd yönündə birlikdə hərəkət edənlər, Allah'ın izni ilə, qurtuluşu və sonsuz xoşbəxtliyi ümid edə bilərlər. Əksini edən insanlar ziyanda ikən, yalnız onlar əbədi qazanc əldə edərlər:
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər¬¬ və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM