Allah hər şeyə qadirdir

İnsan əskiklikləri və qüsurları olan aciz varlıqdır. Zamandan və məkandan asılıdır və ancaq Rəbbimizin təqdiri ilə varlığını davam etdirir. Zamanı, məkanı, insanı və bütün aləmləri və varlıqları Allah yaratmışdır. Rəbbimiz hər cür qüsur və əskiklikdən münəzzəhdir. O, üstün və uca olandır.

Hər hadisə Rəbbimizin izni və təqdiri ilə reallaşır. Allah diləmədən yer üzündə bir yarpaq belə düşməz, heç bir qadın hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğa bilməz. Allah gizlini və açıqda olan hər şeyi bilir və hər şeyə qadirdir. Göylərdə və yerdə Allah'ı heç bir güc aciz qoya bilməz, Allah dilədiyini etməyə qadirdir, sonsuz güc və qüdrət sahibidir. Kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allah'dır. Allah'ın üstün güc sahibi olduğu, hər şeyin Onun diləməsi ilə reallaşdığı, ən üstün və ən böyük olduğu bəzi Quran ayələrində belə bildirilir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır.Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Göylərdə və yerdə nə varsa, Allah'ındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)

Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik. (Onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

Allah'ın hər şeyə qadir olduğu İncildə belə bildirilir:

...Onlardan biri belə Allah'ın qarşısında unudulmur. Sizin saçınızdakı tüklər belə sayılıb... (Luka, 12: 6-7)

İsa onlara baxıb dedi: “Bu, insanlar üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür”. (Matta, 19: 26)

Allah'ın qarşısında öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allah'a səcdə edərək dedi: “Ey var olan, var olmuş külli-ixtiyar Rəbb Allah, Sənə şükür edirik! (Vəhy, 11: 16-17)

Çünki Allah üçün mümkün olmayan şey yoxdur (Luka, 1: 37)

Onlar Allah'ın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: “Ey külli-ixtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir. Ya Rəbb, kim Səndən qorxmaz, kim Sənin adını izzətli etməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək. (Vəhy, 15: 3-4)

Tövratda da Allah'ın hər şeyə qadir olduğu açıq şəkildə bildirilmişdir:

...Allah'ın adı əbədi olaraq izzətli olsun! Çünki hikmət və qüdrət Ona məxsusdur. Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, müdriklərə hikmət, aqillərə ağıl verər. Dərin və gizli sirləri O, açar, qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur. (Daniel, 2: 20-22)

Külli-ixtiyar Allah Mənəm... (Yaradılış, 35: 11)

Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, keşikçilər boş yerə orada gözləyər. (Məzmurlar, 127: 1)

Odur dağlara quruluş verən, küləyi yaradan, nə düşündüyünü insana bildirən, dan işığını qaraldan, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allah'ı Rəbdir. (Amos, 4: 13)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM