Terrorun mənşəyi darvinizmdir, həlli isə əsl din əxlaqıdır
ADNAN OKTAR: İslam dini deyəndə sülh dini başa düşülür. Yəni “İslam” sülh, sevgi, şəfqət, mərhəmət, dostluq, yoldaşlıq, yardımlaşma və yaxşı olan hər şeydir. Amma bunu cahilin əlinə versən, asar, kəsər, bombalayar, darmadağın edər. “Nə üçün edirsən?” - deyə soruşanda: “Allah üçün edirəm”, - deyir. Cahilin əlində belə olur, yəni İncili də bəzi xristianlar fərqli şəkildə tətbiq edirlər. Səlib yürüşləri təşkil etdilər, böyük qırğınlar törətdilər. Asdılar, kəsdilər, bəzi yəhudilər də elə. Tövratla etdikləri qırğınların həddi-hüdudu yoxdur. Halbuk, Tövrat hansı dindən olursa-olsun, qonşuya da çox şəfqətli və qoruyucu olmağı əmr edir. Bu, xristianlıqda da vardır. Yəni sevgi dini yəhudilik və xristianlıqda da sevgi dinidir. İslamiyyət də sevgi dinidir. Amma ürəyi qatılaşmış, Avropada təhsil almış, darvinist təhsil almış, partizan təhsili almış, kommunist təhsil almış insanın əlinə Quranı versən, sənin qarşına belə gələr. Çünki o, ürəyindəki kini və nifrəti tətbiq etmək üçün Qurandan istifadə edir. Halbuk, Qurana görə, bir insan cinayət edəndə qatili gətirirlər. Allah deyir ki, qatili bağışla. Ayə var. Bundan böyük nə var? Adam öldürüb qəsdən, bilərəkdən. Quranda: Onu bağışlayın”,- deyilir. Bəlkə düzələr, bəlkə düz yola yönələr. “Bağışlasanız, sizin üçün daha xeyirlidir”,- deyir Allah. Belə bir dində şiddəti necə tətbiq edirlər? Yəni bombalama, asma, kəsmə, məsələn, kiçik uşaqlar, qadınlar var; aralarına bombanı qoyur. Darmadağın edir hamısını, birdən havaya uçurur. “Nə üçün etdin?”- deyirsən. “Allah üçün etdim”,- deyir. Qardaşım, de ki: mən darvinist təhsil aldım, materialist təhsil aldım, Stalinin pərəstişkarıyam. Amma Quranı da özümə uyğunlaşdırmağa çalışdım, millətin gözünə kül üfürürəm. Bilirəm, İslamiyyətdə belə bir şey yoxdur. Doğrunu söyləsin. Quranda belə bir şey yoxdur. Peyğəmbərimiz (səv) son dərəcə şəfqətli, mərhəmətli bir insan idi. Peyğəmbərin (səv) qucağında pişik yatır, ətəyini kəsir, heyvanı narahat etməmək üçün, oyandırmamaq üçün belə edir. Bizim belə Peyğəmbərimiz (səv) var. İnsanları bombalamaq, uşaqları bombalamaq, aləmi bir-birinə qatmaq nə deməkdir? Bir də psixoloji şiddəti var. Oturma, qalxma, sağa dönmə, sola dönmə, havaya baxma, yemə, içmə, sənət yox, elm yox, texnologiya yox, sevgi yox. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bunlar öz ruhlarındakı qaranlığı, öz ruhlarındakı şirk düşüncəsini Qurana tətbiq etməyə çalışan insanlardır. Peyğəmbərimizin (səv) həyatı göz qabağındadır. Gözəllikdən xoşlanır, estetikadan xoşlanır, sənətdən xoşlanır, ətrafı təmiz və gözəldir, söhbətləri çox sadədir Peyğəmbərimizin (səv). Həmişə şəfqətli olub, olduğu yer tərtəmiz olub, o dövrün imkanları ilə gül əkdirirdi. Məkkə, Mədinəni düşünün, səhra mühitini. Orada belə gül yetişdirir. Yəni gözəlliyə olan meylini buradan anlayırıq. Nəvələri ilə zarafatlaşır Peyğəmbərimiz (səv). Belə bir insandır Peyğəmbər (səv). Orada isə baxırsan ki, insanın üzündə qatil sifəti var. Elə müsəlman olarmı? Haşa, dini, İslamı insanlara anormal göstərməyə çalışan düşüncənin arxasında bəzi masonlar var və bunların hamısı darvinist, materialist, stalinist təhsil almış insanlardır. Şeytani düşüncə ilə İslamı insanlara qorxunc göstərmək istədilər. 11 sentyabr terror hücumlarını müsəlmanlar etdi. Haranın müsəlmanı, arxasına bir baxaq, arxasından Amerikada təhsil almış, darvinist təhsil almış, marksizmi çox yaxşı bilən, Stalinin bütün tətbiq etdiyi üsulları çox yaxşı bilən insanlar çıxır. Niyə buna müsəlman deyirsən? Yəni beyni yuyulmuş xəstə adamlardır. Onun üçün müsəlmanlığa edilən hər hücum şeytanın etdiyi hücumdur. Biz bu oyuna aldanmarıq. İslamiyyət Peyğəmbərin (səv) tətbiqi ilə göz qabağındadır, Quranın şəfqət dolu izahları, Quran ayələri də göz qabağındadır. Bu oyun da eynilə darvinizm kimi bir saxtakarlıq idi, biz bunu da pozduq və pozacağıq, inşaAllah. (Adnan Oktarın Kırım Gazeteleri müsahibəsindən, 14 noyabr 2008)
Adnan Oktar: Müsəlmanların törətdiyi terror kimi göstərilən hadisə, yəni şəxsiyyət vəsiqəsində müsəlman yazılan terroristlərin etdiyi hərəkət kommunistlərin etdiyi hərəkətlərdir. İraqın əvvəlki Baas Partiyasının kommunistləri, Suriya Baas Partiyasının əvvəlki kommunistləri, keçmiş liviyalı kommunistlər, keçmiş yəmənli kommunistlər, keçmiş misirli kommunistlər və bunların idarə olunması, yəni masonlar tərəfindən istiqamətləndirilməsi nəticəsində belə bir quruluş meydana gəlir. Bütün terror fəaliyyətlərini Avropada təhsil almış, darvinist-materialist təhsil almış, müsəlman şəxsiyyəti olan, şəxsiyyət vəsiqəsində müsəlman yazılan insanlar törədir. Amma bunların hamısı darvinist təhsil alıblar. Evlərində Karl Marksın şəkilləri asılıb. Marksa, Leninə pərəstiş edirlər bu insanlar; Ho Şi Minhin pərəstişkarıdırlar. Yəni terrorist pərəstişkarıdır bunlar. Amma soruşanda müsəlman olduqlarını deyirlər. Bunlar müsəlman deyil, bunlar kommunist, anarxist düşüncəni müdafiə edən terrorçulardır. Şəxsiyyət vəsiqəsində müsəlman yazılması vacib deyil. Burada ən vacib məqam odur ki, bu insanların, demək olar ki, hamısı Avropada və yaxud Amerikada darvinist, materialist təhsil alıblar. Yəni bu təhsilin bir oyun olduğu, şeytanın bir oyunu olduğu insanlara izah ediləndə tamamilə bitəcək, bunun bitəcəyi vaxta doğru sürətlə irəliləyirik.
Hz. Mehdi (əs) dövrünə gəlirik. Hz. İsa əleyhissalamın zühuruna yaxınlaşırıq. Qarşıdan gələn on-iyirmi ilin içində hz. İsa əleyhissalamın zühurunu bütün dünya görəcək. Mən də buradayam, insanlar da. İnşaAllah, Allah ömür versə, görəcəyik. Bunun həqiqət olduğunu bütün dünya görəcək. Darvinizm ilbəil şam kimi əriyir və əriyəcək. Gələcəkdə uşaqlar bunu tarix kitablarında oxuyacaqlar. Belə gülünc paqan bir dinin insanlar tərəfindən necə qəbul edildiyinə təəccüblənəcəklər. (Adnan Oktarın Hollandiya, Poli Gazette müsahibəsindən, 2 iyul 2009)