Peyğəmbərimizin (səv) dövründə yəhudilər və xristianlar təhlükəsiz şəraitdə yaşayırdılar

ADNAN OKTAR: Yəhudilər peyğəmbər nəslindəndirlər, bizim peyğəmbərlərimizin nəvələridir. Hz. Musanın (əs) şəriətinə tabe olan insanlardır və o şəriəti, yəni o dini bu ana qədər yaşayıblar. Bu səbəbdən, peyğəmbər nəslindən olan bu tərtəmiz insanların dövlətini məhv etmək, millət olaraq yox etməyə çalışmaq, torpaqlarından çıxartmaq, onlara yaşamaq hüququ verməmək heç də ağıllı və vicdanlı hərəkət deyil.

Müsəlman şəfqətlidir, mərhəmətlidir, sevgi bəsləyəndir. Təbii ki, onlar da bizim qardaşımızdır, yaşamaq hüquqları vardır. Birinci dərəcəli insanlardır, o bölgədə istədikləri kimi yaşayarlar, ticarət edərlər, sənətlə məşğul olarlar, elmlə məşğul olarlar. Nə üçün onlar ordan çıxarılsın və niyə narahat yaşasınlar və yaxud dinc həyatları əllərindən alınsın? Bunu normal insan qəbul etməz, mən də qəbul etmirəm. Təbii ki, rahat və xoşbəxt yaşayacaqlar, həyat zəmanətləri olacaq. Türk-İslam Birliyində bərəkət və bolluq içində yaşayacaqlar.

Quranın hökmü, Peyğəmbərimizin (səv) sünnəsi, tətbiqləri məlumdur. Peyğəmbərimizin (səv) dövründə kitab əhli çox rahat yaşayırdı, yəhudilər çox hüzurlu idilər. O dövrdə onlar Qüdsdə, İsraildə yaşayırdılar. Xoşbəxtlik və bərəkət içində idilər, Peyğəmbərimiz (səv) onlara qarşı çox şəfqətli və mehriban idi. Yəhudilərdən qız alırdılar, onlarla evlənirdilər, kəsdikləri əti yeyirdilər, süfrələrində otururdular, evlərinə gedirdilər, onlarla dost-tanış olurdular. Bu, Peyğəmbərimizin (səv) dövründə olan tətbiq və sünnədir.

Xristianlar üçün də eyni şəkildədir. Peyğəmbərimizin (səv) nökərlərindən biri xristian idi. Bizim anamızdır, yəni hörmətlə, sevgi ilə xatırladığımız bir insandır. Bunu təkcə yəhudilik üçün söyləmirəm. Eyni zamanda, xristianlar da rahat, bərəkət və bolluq içində yaşamağa haqqı olan insanlardır. (Adnan Oktarın Gulf Today müsahibəsindən, 2 noyabr 2008)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM