Allah hz. İbrahimin (əs) nəslinə hakimiyyət vəd edir

Tövratda keçən bəni-İsrail, bəni-İshaq, bəni-İsmayıl hamısı bəni-İbrahimin nəslidir. Hamısı Allah'ın mübarək etdiyi nəsil olan hz. İbrahimin (əs) nəslidir. İbrahimi dinlərdə hidayət verən sifəti ilə axırzamanda gələn və din əxlaqının dünyaya hakimiyyətinə vəsilə olan mübarək şəxs də hz. İbrahimin (əs) nəslindəndir. Bu səbəbdən, hz. Mehdi (əs) hz. İbrahimin (əs) nəslindəndir.

Allah hakimiyyətini reallaşdırmaq üçün hz. İbrahim (əs) nəslinin iki qolundan gələn nümayəndələri qorumuşdur. Axırzamanda əmrinin reallaşması üçün İmam əl-Mehdi (əs) və hz. İsanı (əs) bir yerə gətirəcək. Quranda və Peyğəmbərimizin (səv) hədislərində bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin (əs) nəslindən gələn bir birliyə vəd edilir və belə bildirilir:

Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsi ilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın. (Yaradılış, 22:17-18)

Rəbb İbrama dedi: “... Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”. (Yaradılış, 12:1-3)

Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsi ilə xeyir-dua alacaq. (Yaradılış, 26:4)

Sənin nəslin yerin tozu kimi çox olacaq; qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün qəbilələri sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. (Yaradılış, 28:14)

Tövratda dünyanın son dövründə Allah'a könüldən iman gətirənlərin yer üzündə lider olacağını və din əxlaqının yer üzünə hakim olacağını izah edən hissələrdən bir qismi belədir:

Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, onların irsi əbədi qalacaq. (Məzmur, 37:11, 17-18)

Yer üzündə yaşayan bütün insanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin nəsilləri Onun hüzurunda səcdə edəcək. Çünki hökmranlıq Rəbbindir... (Məzmur, 22:27-28)

Çünki şər insanlar məhv olacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. Bir az gözlə, pis yox olacaq, axtarsan belə, tapılmayacaq. Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq alacaq. (Məzmur, 37:9-11)

Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır... pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, tüstü kimi çəkilərək yox olacaq. (Məzmur, 37:17-20)

Rəbbi gözlə, Onun yolunu tut... Pislərin məhv olacağı zamanı görəcəksən. Salehlərin qurtuluşu Rəbbdəndir... Rəbb onların imdadına çatır, onları qurtarıb pislərin əlindən alır, çünki onlar Rəbbə pənah aparır. (Məzmur, 37:34, 39-40)

Bu hissələrdən də aydın olur ki, Tövratda xəbər verilən hakimiyyət müəyyən qrupun və ya soyun digər cəmiyyətlər üzərində güc və iqtidar sahibi olması deyil, Allah'a səmimi imanın və bütün insanlara əmr etdiyi əsl din əxlaqının yer üzünə hakim olmasıdır. Bununla bərabər, Tövratda imanlı yəhudilərlə əlaqədar təsvirlər Tövratın endirildiyi dövrdə yaşayan səmimi möminlərə xəbər verilən müjdələrdir. Bu səbəbdən, Tövratda bəni-İsrailə vəd edilən hakimiyyətlə bağlı qisimlərin səmimi Allah inancını əsas götürmədən, yalnız müəyyən bir xalqın üstünlüyü kimi izah olunması doğru deyil.

Belə ki, İslamiyyətdə və yəhudilikdə mövcud olan din əxlaqının hakimiyyəti anlayışı yer üzündə din əxlaqının yaşanmamasından qaynaqlanan pislik və çətinliklərin din əxlaqının yaşanmağa başlanması ilə aradan qalxması və gözəl əxlaqın yayılmasıdır. Müsəlmanların xahişi odur ki, uca Rəbbimizin əmr etdiyi əxlaq, yəni yardımlaşma, ədalət, dürüstlük, sədaqət, təvazökarlıq, əfvedicilik, mərhəmət insanlar arasında geniş yayılsın, hər kəsin Allah'ın razılığını qazanmaq üçün ən gözəl əxlaqı göstərməklə yarışdığı mühit formalaşsın. Belə bir mühitin təmin edilməsi, şübhəsiz, bu dəyərlərin çatışmazlığından qaynaqlanan hər cür problemi aradan qaldırar. Bu anlayışa sahib olan müsəlmanların məqsədi güc və iqtidar sahibi olmaq deyil, Allah özlərinə belə bir nemət lütf etsə, bu neməti din əxlaqını daha çox yaymaq üçün ən yaxşı şəkildə istifadə etməkdir. Möminlərin gözəl xüsusiyyəti bir Quran ayəsində belə xəbər verilmişdir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah'a aiddir. (Həcc surəsi, 41)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM