Hz. İsa (əs) və hz. Mehdi (əs) bu əsrdə gələcək

Hər yüz ildə bir din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi “Sünəni-Əbu Davud”, “Məktubati-Rəbbani” kimi böyük və mötəbər əhli-sünnə alimlərinin əsərlərində açıq şəkildə ifadə edilmişdir:

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (səv) belə buyurmuşdur: Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıran, yeniləyən (elm sahibi) bir şəxsi göndərər. (Sünəni-Əbu Davud, 5/100) Peyğəmbərimizdən (səv) rəvayət edilən hədislərdə axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdinin (əs) çıxış zamanı isə hicri 1400-cü il verilmişdir:

“İnsanlar 1400-cü ildə hz. Mehdinin (əs) yanında toplanacaqlar”. (Risalətül-xürucul-Mehdi, səh. 108)

Bu əsrdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq təxminən 100 ilə qədər davam edən bu yüksəliş dövründən sonra, yəni hicri 1500-cü illərdə dünya yenidən böhran dövrünə girəcək. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbni Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (səv) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşər tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:

Əhməd İbni Hənbəl “İləl”ində nəql etdi. İsmayıl bin Əbdülkərim Əbdüssəməddən, O da Vəhbdən rəvayət etdi: DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 89)

Digər tərəfdən, bir çox hədisdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:

Ənəs Malikdən nəql etdi. O dedi ki, Rəsulullah (səv) buyurdu: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allah-Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah-Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ QƏDƏR SAVAB YAZAR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 88)

Dəqqaq bin Zeydi Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (səv) danışdım. Bu yuxuda Peyğəmbər (səv) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 89)

Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü illəri vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyadakı yüksəliş dövrünün sona çatacağı və inkarçılar üçün qiyamətin qopmasının hicri 1545-ci ildən etibarən olacağını söyləmişdir (doğrusunu Allah bilir).

“Ümmətimdən bir taifə Allah'ın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq”.

“Ümmətimdən bir taifə...” hədisinin (hissəsinin) məqami-cifrisi (cifr hesabına görə olan nəticə, ədədi dəyər) 1542 (2117) edərək nəhayəti-davamına (varlığının sonuna) işarə edir. “Haqq üzərində olacaq” (şəddə ədədlər) hədisinin də məqami-cifrisi 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və aşkar), bəlkə qalibanə, sonra da 1542-yə (2117) qədər gizli və məğlubiyyət içində vəzifeyi-tənviriyyəsinə (açıqlama vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edir. “Allah'ın əmri gələnə qədər” (şəddə ədədlər) hədisinin də məqami-cifrisi 1545 (2120) kafirin başında QİYAMƏT QOPMASINA işarə edir. (Qastamonu əlavəsi, səh. 33)

Böyük əhli-sünnə alimi Bərzənci də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni hicri 1500-cü illərdə qiyamətin qopmasının Allah'ın izni ilə gözlənildiyini bildirir. (Doğrusunu Allah bilir).

BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK... (Qiyamət əlamətləri, Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyni əl-Bərzənci, Pamuk Nəşriyyatı, İstanbul, 2002, səh. 299)

Peyğəmbərimizdən (səv) rəvayət edilən hədisə əsaslanaraq Suyuti isə izahında belə deyir:

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”. (Suyuti, əl-Kəşfi ən mücavəzəti Həzihil-ümməti əl-Əlfu, əl-havi lil fətavi, Suyuti. 2/248, təfsiri Ruhül-bəyan. Bursəvi (ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabül-İləl, səh. 89)

Bu anda hicri 1430-cu ildə olduğumuzu və hicri 1500-cü ilə qədər də hicri XIV əsrdə olduğumuzu nəzərə alsaq, o zaman hz. Mehdinin (əs) mütləq bu əsrdə zühur etməli olduğu ortaya çıxır. Çünki hz. Mehdinin (əs) çıxa biləcəyi başqa bir əsr qalmır.

Hicri 1400-cü ilin əvvəlindən etibarən Peyğəmbərimizin (səv) hədislərində bildirdiyi axırzaman əlamətlərinin hamısının ard-arda çıxması da axırzamanda olduğumuzu və hz. Mehdinin (əs) bu əsrdə zühur edəcəyini göstərir.

Xülasə, Peyğəmbərimizin (səv) hədislərindən və böyük İslam alimlərinin izahlarından aydın olduğu kimi, hicri 1400-cü illər hz. İsanın (əs) yenidən dünyaya gəlişi və hz. Mehdinin (əs) zühur çağıdır. Bu əsrdə hz. İsa (əs) yenidən yer üzünə gələcək, hz. Mehdi (əs) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM