Din əxlaqında sevginin əhəmiyyəti

Üstəlik Öz tərəfimizdən bir sevgi həssaslığı və paklıq da (bəxş etdik). O, müttəqi idi. (Məryəm surəsi, 13)

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Tövrat

Qoy səni sevgi və sədaqət tərk etməsin, onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Onda Allah'ın və insanların gözündə lütfə qovuşub şərəfə nail olarsan. (Süleymanın məsəlləri, 3: 3-4)

Nifrət nifaq yaradar, lakin məhəbbət bütün günahları örtər. (Süleymanın məsəlləri, 10: 12)

Özünüz üçün salehlik toxumları əkin ki, məhəbbət bəhərini biçəsiniz... Çünki Rəbbə yönəlmək vaxtıdır. (Huşə, 10: 12)

Buna görə də sən Allah'ına üz tut, məhəbbətə, ədalətə bağlan, daima Allah'ına ümid bağla. (Huşə, 12: 6)

İncil

Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin. (Yəhya, 15: 17)

Məhəbbət Allah'ın əmrlərinə görə yaşamağımızı tələb edir.

Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə yaşayasınız. (2 Yəhya, 6)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM