Qəzəbi boğmaq

Qəzəb insanın hadisələri sağlam şəkildə və ağılla qiymətləndirməsinə, düzgün və ədalətli qərar verməsinə mane olur. Qəzəb insanı Allah'ın istədiyi şəkildə davranmaqdan, anlayışlı və mərhəmətli olmaqdan çəkindirir. Məhz bu səbəbdən, mömin qəzəbini boğmalıdır. Beləliklə, qəzəb və hiddət hisslərinin səbəb olacağı xətalı davranışlardan və müxtəlif zərərlərdən də qorunurlar. Quranda qəzəblərini boğanların əxlaqı təriflənmişdir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

İncildə qəzəbin pis xüsusiyyət olduğu, qardaşına qəzəblənənlərin mühakimə olunacaqları bildirilmişdir:

Qoy hər cür kinlə birlikdə, hiddət, qəzəb, böhtan büsbütün sizdən uzaq olsun. (Efeslilərə, 4: 31)

Mən isə sizə deyirəm ki, qardaşına və bacısına hirslənən hər kəs mühakimə olunacaq... (Matta, 5: 22)

Tövratda da inananlara qəzəblənməmək tövsiyə edilir:

Səfeh dərhal qəzəbini büruzə verər, uzaqgörən şərəfsizliyin üstünü örtər. (Süleymanın məsəlləri, 12: 16)

Hövsələsizlik ağılsızlıq gətirər... (Süleymanın məsəlləri, 14: 17)

...Səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. Qəzəbi at, hiddətdən çəkin, narahat olma, bunlar insanı şərə salar. (Məzmur, 37: 7-8)

Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar. (Vaiz, 7: 9)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM