Verilən öyüd-nəsihətləri dinləmək

Biz sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar. (Qəsəs surəsi, 51)

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)

Tövrat

Qəlbini tərbiyəyə, qulaqlarını bilik sözlərinə ver. (Süleymanın məsəlləri, 23: 12)

Ya Rəbb, xilasına ümid bəsləmişəm, əmrlərinə əməl etmişəm. Öyüdlərinə ürəkdən bağlanmışam, onları çox sevirəm! (Məzmur, 119: 166-167)

Başçılar yığılıb mənim üçün sui-qəsd qurdular, lakin mən qulun Sənin qaydalarını dərin düşünürəm. Öyüdlərindən zövq alıram, onlardan məsləhət alıram. (Məzmur, 119: 23-24)

Təkəbbürdən ancaq münaqişə yaranar, yaxşı nəsihətə qulaq asanın hikməti var. (Süleymanın məsəlləri, 13: 10)

İncil

Öz rəhbərlərinizə itaətkar olun və onlara tabe olun... (İbranilərə, 13: 17)

Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. (Yaqub, 1: 22)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM